ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşı "İŞİD" terrorçusuna ərə gedib.
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, terrorçu Denis Kaspert barədə təhqiqat aparmaq tapşırığı alan tərcüməçi Daniela Qrin onunla ailə qurub.
D. Qrin Suriyaya getdiyi barədə FTB-ya yanlış məlumat verib və Denis Kasperti təhqiqat barədə məlumatlandırıb. Onlar 2014-cü ildə evləniblər.
Məlumata görə, bir neçə həftə sonra D.Qrin səhvini anlayıb və ABŞ-a qayıdarkən həbs edilib. İstintaqla əməkdaşlıq etməyə razılıq verən D. Qrin iki il müddətinə azadlıqdan məhrum edilib. Keçən ilin yayında o, azadlığa buraxılıb.
2015-ci ilin oktyabrında isə CNN telekanalı 39 yaşlı Kaspertin ABŞ-nın hava zərbələri zamanı Suriyada zərərsizləşdirildiyini açıqlayıb. Bundan əvvəl Dövlət Departamenti Kasperti xüsusilə təhlükəli beynəlxalq terrorçular siyahısına daxil edib.
İstintaqın məlumatına görə, sabiq almaniyalı repçi D.Kaspert 2012-ci ildə "İŞİD" sıralarına qoşulub. O, qruplaşmaya yeni üzvlərin cəlbi və təbliğat işləri ilə məşğul olub. Bir neçə dəfə "İŞİD"in çəkdiyi video çarxlarda yer alan D. Kaspert çarxlardan birində əlində kəsilmiş insan başı tutub.