https://525.az/img/pics/medium/2024-04/312017_5dyxfdttb7.jpg “525-ci qəzet”in 1 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311927_k2pxz2t746.jpg Gərəkli adam
https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Bölgələrdə kitab sərgiləri
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29 Azərbaycan və region üçün geniş inkişaf imkanları açır
search
30 Aprel 2024

Əfqanıstan 70 idmançısını Bakıya gətirə bilməyəcək

Əfqanıstan 70 idmançısını Bakıya gətirə bilməyəcək

Əfqanıstan Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 17 idmançı ilə təmsil olunacaq.

“Report”un məlumatına görə, bu barədə ölkənin Milli Olimpiya Komitəsinin mətbuat katibi Ehsanulla Nero “Tolo News” nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkə idmançıları uşu (5 nəfər), cüdo (3), güləş (5), üzgüçülük (2) və para-atletika (2) növlərində mübarizə aparacaqlar. E.Nero bildirib ki, daha əvvəl İslamiadaya 110 nəfərlik heyətin yollanacağı nəzərdə tutulsa da, dövlət tərəfindən maddi dəstək olmadığı üçün 70 idmançının yarışlarda iştirakı mümkün olmayacaq: “İslamiadada ümumilikdə 30 nəfərlik idmançı və məşqçi heyəti iştirak edəcək. Biz 110 nəfərlik heyətlə getməyə hazır idik. Lakin dövlət tərəfindən maddi dəstək olmadığı üçün 70 idmançı aparılmayacaq”.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 – 22 mayda keçiriləcək. Lakin mayın 8-dən futbol və həndbol, bu gündən voleybol yarışlarına start verilib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.