https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Xarici ticarət dövriyyəsi niyə azalır? - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-04/311918_ikxtr2rq0g.jpg XİN rəsmisi ilə dərsdə
https://525.az/img/pics/medium/2024-04/311917_xxohqnysa4.png Marketlərdə dəmirlə zənginləşdirilmiş un satılacaq
https://525.az/img/pics/medium/2023-06/271348_d6k0rg6hcx.jpg Qədim Tyan-Şan qarı - Ağacəfər Həsənli - 70
search
30 Aprel 2024
29 Aprel 2024

"Prosineçki "Bursaspor"da 1,1 milyon avro alacaq"

"Prosineçki "Bursaspor"da 1,1 milyon avro alacaq"

Türkiyə mətbuatı Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkini "Bursaspor"un "sükan"ı arxasında görməkdə maraqlıdır.

Apasport.az saytı yerli KİV-ə istinadən xəbər verir ki, həmkarlarımız xorvatiyalı mütəxəssisi yenidən Bursa klubuna "aparır".
 
Bu dəfə "NTV Spor" telekanalında yayımlanan "Kırmızı çizgi" verilişinin şərhçisi Mehmet Ayan bir az da irəli gedərək Prosineçkinin "Bursaspor"la anlaşdığını iddia edib. O, hətta 48 yaşlı çalışdırıcının Superliqa təmsilçisi ilə müqaviləsinin detallarını da açıqlayıb: "Bursaspor"u gələn mövsümdən Robert Prosineçki çalışdıracaq. Razılığa əsasən, onun burda illik məvacibi 1,1 milyon avro olacaq".

Lakin xorvatiyalının meneceri Yaşar Çalışır bu xəbəri təkzib edib. Prosineçkinin AFFA ilə dekabrın 4-dək müqaviləsinin qüvvədə olduğunu xatırladan Çalışır onun hansısa klubla anlaşmadığını söyləyib: "Hələ ki, klubla məşqçi arasında heç bir razılıq yoxdu. Prosineçki Azərbaycan yığmasında işini davam etdirir".
 
Qeyd edək ki, "Bursaspor" bu ilin yanvarında Prosineçki ilə danışıq aparmaq üçün Bakıya nümayəndə göndərmişdi. Lakin müqavilədə yer alan 2 milyon avroluq təzminat bəndi üzündən Türkiyə klubu son anda keçiddən imtina etmişdi.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.