https://525.az/img/pics/medium/2024-04/312017_5dyxfdttb7.jpg “525-ci qəzet”in 1 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311927_k2pxz2t746.jpg Gərəkli adam
https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Bölgələrdə kitab sərgiləri
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29 Azərbaycan və region üçün geniş inkişaf imkanları açır
search
30 Aprel 2024

Millimiz Oyunların ilk günündə rekord vurdu

Millimiz Oyunların ilk günündə rekord vurdu
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları Azərbaycan milli komandası üçün rekordla əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, yığmamız qızıl medal sayında tarixinin ən yaxşı nəticəsini göstərib.
 
2005-ci ildə keçirilən ilk oyunlarda cəmi 4, 2013-cü ildəki üçüncü yarışda 6 qızıl medal əldə edən Azərbaycan Bakıdakı idman tədbirinin mükafatların oynanıldığı ilk günündə rekord vurub. Belə ki, artıq millimizin 7 qızıl qazandığını söyləmək olar.
 
Düzdü, hesabımızda rəsmi olaraq 4 çempionluq var. Atıcılıqda Ruslan Lunyov (tapança, 25 m), Orxan Səfərov (cüdo, 60 kq), Nicat Şıxəlizadə (cüdo, 66 kq) və Erdenebat Bazarraqça (cüdo, 48 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Lakin yığmamızın bu gün daha üç qızıl medal qazanacağı dəqiqdi. Çünki üç finalda Azərbaycan dueli olacaq. Bunlardan biri cüdo, ikisi paracüdoda baş tutacaq. Kişilərin 73 kq çəki dərəcəsində Hidayət Heydərovla Rüstəm Orucov üz-üzə gələcək. Paracüdoda isə Afaq Sultanova ilə Sevda Vəliyeva (57 kq), Ramilə Koştayeva ilə Turanə Əliyeva (70 kq) qadınların yarışında qarşılaşacaq.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.