|
|
|
|
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistraturaya sənəd qəbulu ilə əlaqədar "Qaynar xətt" yaradılacaq.
Akademiyadan verilən xəbərə görə, 2017-2018-ci tədris ili üçün AMEA-nın institutlarında magistraturaya aparılacaq qəbul prosesi ilə bağlı Müsahibə Komissiyaları diqqətli olmalıdır.
Sənəd verənlərin çoxsaylı suallarının olduğunu nəzərə alaraq, "Qaynar xətt" xidməti təşkil ediləcək.
Məlumatda bildirilib ki, son illər elmlə təhsilin inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə Akademiyada geniş islahatlar aparılır.
İslahatlar çərçivəsində yaradılan Təhsil şöbələrinin rəhbərləri AMEA-nın, eləcə də Azərbaycanın təhsillə bağlı müvafiq qanunvericilik aktlarını mükəmməl bilməli və mübahisəli məsələlərdə bu sənədlərə istinad etməlidirlər.
Xatırladaq ki, doktorant və dissertantların minimum imtahanları mayın 22-dən etibarən keçiriləcək.
S.QARAYEVA