
Daha sonra “İlin adamları”ı seçilib və bu şənlikdə nominantlara mükafatlar təqdim edilib. Qeyd edək ki, Qafqaz Universitetində hər il ənənəvi olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilən tələbələrin “Gənclik Şənliyi” çərçivəsində 3000-dən çox tələbənin sərbəst səsvermə əsasında bu cür səsvermələr təşkil olunur. Qafqaz Universitetinin riyaziyyat və informatika bölməsinin müəllimi Bəhman Məmmədov İlin müəllimi, İlin yerli şirkəti Socar ARDNŞ, İlin xarici şirkəti DİA Holdinq, İlin iş dünyasında uğur qazanmış Qafqaz Universitetinin Kompüter Mühəndisliyi 2002-ci il məzunu Teymur Hacıyev, İlin sosial fəaliyyətlərdə uğur qazanmış məzun- Qafqaz Universitetinin ərəb dili və ədəbiyyatı bölməsi Əkbər Ağamalıyev, İlin rejissoru – “ANS” şirkətlər qrupunun prezidenti Vahid Mustafayev, İlin elm adamı Bakı Dövlət Universitetinin rektoru, millət vəkili akademik Abel Məhərrəmov, il ərzində Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında xüsusi xidməti olan şəxs – Heydər Əliyev Fondunun Rusiya rəhbəri, “Baku” jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyeva, İlin aktyoru - aktyor Elməddin Cəfərov adları elan olundu. İştirak edə bilməyən mükafatçıların daha sonra rektor tərəfindən mükafatları veriləcək. Sonra Azərbaycanın tanınmış sənət adamları universitetin tələbə klubları tədbiri bədii hissə ilə davam etdirilib.


