"Qafqaz seysmik şəbəkəsi: Böyük və Kiçik Qafqazın strukturu və üstəgəlməsi proqramı" çərçivəsində Azərbaycanda seysmotomoqrafiya işlərinin aparılmasına başlanıb.
AMEA Respublika Seymoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, amerikalı seysmoloqların iştirakı ilə artıq Neftçala, Hacıqabul, Qusar, Göyçay rayonlarında müvəqqəti seysmik stansiyalar quraşdırılıb.
RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və RSXM əməkdaşları ilə yanaşı amerikalı mütəxəssislər Sandvol Eric Alan, ABŞ-ın Missuri Universitetinin professoru və həmin institutun əməkdaşı Gunnels Michael James də stansiyaların quraşdırılması işlərində iştirak ediblər.