Azərbaycan prezidenti İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilib:
“Tərəqqi” medalı ilə
Hümbətov Surəddin Məmmədhüseyn oğlu Qasımov Kyavus Safa oğlu Məmmədov İlham Hacı oğlu Vəliyev Cavanşir İnqlab oğlu.
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Kərimova Nüşabə Rəhim qızı Təbrizli Arzu Sirus qızı Zahidova Ladən Vahab qızı.
Dövlət başçısının digər sərəncamı ilə Nəriman Əhmədağa oğlu Qurbanova Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.