https://525.az/img/pics/medium/2024-05/313073_9t5ip9vx33.png İkinci Dünya müharibəsi qəhrəmanı 100 yaşında
https://525.az/img/pics/medium/2024-05/313056_thx3pvas2n.jpg “525-ci qəzet”in 9 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-05/313038_h7n2hbl7mb.jpg Azərbaycanlı generalın Sankt-Peterburqa və Varşavaya səfəri
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
search
9 May 2024
8 May 2024

Bekhem: "...başa düşdüm ki, futboldan getmək vaxtıdır”

Bekhem: "...başa düşdüm ki, futboldan getmək vaxtıdır”

Əfsanəvi ingilis futbolçu Devid Bekhem futbolçu karyerasını başa vurması ilə bağlı açıqlama verib.

QoL.Az-ın məlumatına görə, “Sky Sports”a müsahibəsində 38 yaşlı oyunçu qeyd edib ki, futboldan doğru zamanda gedir: “Hələ də yüksək səviyyədə mübarizə aparacağımı düşünürəm. Son altı ayda da bunu sübut etdim. Amma futbolu məhz zirvə nöqtəsində buraxmaq daha münasib olardı ki, bunu da etdim”.

“Futbolçu karyeranızı bitirməklə bağlı qəti qərarı nə vaxt verdiniz” sualına Bekhem yarızarafat, yarıciddi belə cavab verib: “Yəqin ki, Messi meydanda topla mənim yanımdan sürətlə keçib, sonra da məni "aldadanda"! Futbol həyatımda çox şanslı olmuşam. Ötən il ABŞ-da, bu il isə PSJ ilə Fransada çempion adını qazandım. Məncə, bundan sonra futboldan getmək ən yaxşı addım olardı”.

Bekhem insanların onu çalışqan bir futbolçu olaraq xatırlamalarını istədiyini deyib: “Mən futbol sevgisiylə alışıb-yanan biri olmuşam. Meydana çıxdığım hər oyunda həmişə həyəcanlı olmuşam. Ümid edirəm, azarkeşlər məni məhz belə xatırlayacaqlar”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.