İctimai Televiziyanın əməkdaşı Gülşən Əliyeva vəzifəyə təyin olunub.
525.az-ın məlumatına görə, o, bundan sonra Heydər Əliyev Mərkəzinin ictimaiyyətlə əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışacaq.
Xatırladaq ki, Gülşən Əliyeva əvvəllər Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komitəsinin işçi qrupunun rəhbər müavini vəzifəsində çalışıb.
İTV-də çalışdığı zaman o həmçinin “Eurovision” müsabiqəsinin milli komitəsində PR işləri ilə məşğul olub.