Suriya xarici işlər nazirinin müavini Feysal Mikdad Dəməşqdə keçirdiyi mətbuat konfransında ABŞ-ı terroru dəstəkləməkdə günahlandırıb.
Rusiya mətbuatının xəbərinə görə, F.Mikdad Suriyanın bəzi rayonlarını terrorçulardan azad edərkən onların hərbi bazalarında “Federal Laboratories” şirkətinə məxsus hərbi sursatlar, Böyük Britaniyanın “Cherming Defence UK” və ABŞ-ın “NonLethal Technologies” şirkətlərinə məxsus zəhərləyici maddələr aşkar edilib.
Mikdad onu da qeyd edib ki, Hələb şəhəri terrorçulardan təmizlənən zaman şəhərdə eyni şirkətlərə məxsus silahlar aşkar edilib.
Zeynəb ƏKBƏR