https://525.az/img/pics/medium/2024-05/312451_lxkxbkfcbb.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
search
3 May 2024

“Kopenhagen”in baş məşqçisi: “Bəxtimiz gətirmədi”

“Kopenhagen”in baş məşqçisi: “Bəxtimiz gətirmədi”

“Biz bu gun yaxşı oynadıq. 6-7 qol imkanı əldə etdik. Rəqibin isə 2 belə imkanı oldu və bu şansdan yaxşı istifadə edərək onlardan birini qola çevirdi”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Kopenhagen”in baş məşqçisi Stal Solbakken “Qarabağ”la Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.

O bildirib ki, komandasının cavab matçında bəxti gətirməyib: “Biz oyunda üstünlüyə yiyələndiyimiz vaxtda Santander zədələndi. Onu müəyyən müddətə itirə bilərik”.

49 yaşlı məşqçi ümumilikdə komandasının oyunundan razılıq edib: “Əgər biz hər iki matçda da belə çıxış etsəydik, qrupa vəsiqə qazanardıq. Bugünkü matç barədə onu da deyə bilərəm ki, yaxşı oyun alındı”.

Xatırladaq ki, “Qarabağ” iki oyunun nəticəsinə əsasən (Bakıda 1:0, səfərdə 1:2) tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.