https://525.az/img/pics/medium/2024-05/312451_lxkxbkfcbb.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
search
3 May 2024

Prosineçki: “Rəqib layiqli qələbə qazandı”

Prosineçki: “Rəqib layiqli qələbə qazandı”

“Bu hesabdan sonra nəsə demək çətindi. Buna baxmayaraq ilk hissədə yaxşı oynadıq”.

Apasport.az saytının Almaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.
 
DÇ-2018-in seçmə mərhələsinin son matçında Bundestimin qonağı olan yığmamız 1:5 hesabı ilə məğlub olub və turniri 10 xalla tamamlayıb.
 
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında xorvatiyalı mütəxəssis bunları deyib: “İlk hissədə qol vəziyyətlərimiz oldu. Onlardan 1-ni qolla tamamladıq. İkinci hissədə rəqib keyfiyyətini göstərdi. Hesab 6:3 ola bilərdi. Açıq futbol getdi. Rəqib layiqli qələbə qazandı. Ümumilikdə komandadan razı qaldım. Çətin qrupda, güclü rəqiblərə qarşı futbol oynadıq. Nəticə bizi qane etməsə də, yaxşı oynadıq. Şimali İrlandiya ilə matçı nəzərə alsaq, daha çox xal toplamalı idik. Belə qrupda 10 xal toplamaq asan deyil. Bundan da çox ola bilərdi. Komandama yaxşı qiymət verirəm".
 
R.Prosineçki postunda qalıb-qalmayacağı barədə bir neçə gündən sonra açıqlama verəcəyini bildirib.

 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.