https://525.az/img/pics/medium/2024-05/312451_lxkxbkfcbb.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
search
3 May 2024

“Judo Club 2012” yetirməsini dünya çempionatına yola saldı

“Judo Club 2012” yetirməsini dünya çempionatına yola saldı

Bu il oktyabrın 18-dən 22-dək Xorvatiyanın Zaqreb şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı keçiriləcək.

Yarışda iştirak edəcək Azərbaycan yığma komandasının tərkibində “Judo Club 2012” idman klubunun üzvü Murad Fətiyev də var.

O, 73 kq çəki dərəcəsində tatami üzərinə çıxacaq.

Dünən səhər komanda ilə birlikdə Zaqrebə yola düşən yeniyetmə idmançıya “Judo Club 2012”nin təsisçisi, cüdo üzrə veteranlar arasında beynəlxalq yarışların mükafatçısı Azər Əsgərov, klubun rəhbərliyi və məşqçilər heyəti xeyir-dua verib, uğurlar arzulayıblar.

Murad Fətiyev Azərbaycan cüdosunun ən gənc nəslinin istedadlı nümayəndələrindəndir. O, indiyədək bir neçə beynəlxalq yarışda iştirak edərək, Vətənə mükafatla qayıdıb.

Murad 2016-cı ildə İspaniyanın Fuengirola şəhərində keçirilmiş yeniyetmələr arasında cüdo üzrə Avropa kubokunda bürünc medala (66 kq), bu ilin sentyabrında Sloveniyanın Maribor şəhərində keçirilmiş gənclər arasında cüdo üzrə Avropa çempionatında  isə gümüş medala (73 kq) layiq görülüb.

Onun “Judo Club 2012”dəki məşqçisi Tərlan Həsənov gənc yetirməsinin Zaqrebdə də mükafatçılar sırasına çıxacağına böyük ümid bəsləyir.


 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.