https://525.az/img/pics/medium/2024-05/312451_lxkxbkfcbb.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
search
3 May 2024

“Neftçi” 200 milyon avroluq turnirə qatıla bilər

“Neftçi” 200 milyon avroluq turnirə qatıla bilər
Bolqarıstanda yeni futbol turniri təşkil etmək təklifi irəli sürülüb.

Apasport.az-ın dnevnik.bg saytına istinadən məlumatına görə, turnirin iki liqaya bölünməsi nəzərdə tutulub.
 
Belə ki, təklif qəbul olunsa, Meqa-1 və Meqa-2 liqaları yaradılacaq. Yarışda iştirak etmək üçün artıq 42 potensial komanda müəyyənləşib. Maraqlıdı ki, Azərbaycana da 2 yer ayırılıb. Onlardan birinin “Neftçi” olacağı bildirilib. Digər klubun isə adı hələlik bəlli deyil.
 
Reqlamentə əsasən, Azərbaycan klubları Meqa-2 liqasından mübarizəyə qoşulacaqlar. Həmin liqada isə ilk 3 sıranı tutan komandalar Meqa-1-ə vəsiqə qazanacaqlar. Meqa-1-də 20, Meqa-2-də isə 22 klubun iştirakı nəzərdə tutulub.
 
Təşkilatçılar Azərbaycanla yanaşı, Rumıniya, Yunanıstan, İsrail, Serbiya, Bolqarıstan, Xorvatiya, Bosniya və Herseqovina, Sloveniya, Kipr, Makedoniya, Albaniya, Gürcüstan, Ermənistan, Moldova, Kosovo və Monteneqro klublarının da turnirə qatılmasına çalışacaqlar. Əgər plan baş tutsa, o zaman “Neftçi” və adı bəlli olmayan Azərbaycanın digər klubu “Ararat”la eyni liqada mübarizə aparacaq.
 
2019-20 mövsümündən etibarən keçirilməsi planlaşdırılan turnirin təşkili üçün FİFA və UEFA, eyni zamanda yerli futbol federasiyaları ilə danışıqlara start verilib. Turnirin ölkə çempionatları ilə paralel keçirilməsi və böyük mükafat fondu ayrılması planlaşdırılır. Belə ki, təşkilatçılar yarışın yayım hüququndan 200 milyon avro gəlir götürmək niyyətindədilər.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.