“Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə yalnız Qazaxıstan deyil, bütün Mərkəzi Asiya regionu Avropaya çıxış əldə edəcək”.
APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Qazaxıstanın Gürcüstandakı səfiri Ermuxamed Ertısbayev “Sputnik-Gürcüstan”a deyib.
Səfirin sözlərinə görə, gələcəkdə dəmir yolu vasitəsilə yük daşımaları həcminin 30-35 milyon tona çatacağı gözlənilir.
“Qazaxıstan Bakı-Tbilisi-Qars dəmir yoluna böyük önəm verir. Belə ki, bu dəmir yolu ölkə üçün böyük perspektivlər açır. Dəmir yolunun açılışı həm Avropa, həm də Asiya üçün bu ilin ən böyük hadisəsidir”, - deyə səfir söyləyib.