"Noyabrın 1-də Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda keçiriləcək görüşü ilk növbədə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına həsr olunub".
APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Nazir deyib ki, ilk görüş Bakıda keçirilib: "Şimal-Cənub nəqliyyat dəhlizinə maraq çox böyükdür. Azərbaycan hətta İran tərəfində dəmir yolunun qalan hissəsinin tikintisi üçün İrana kredit də ayırmağa hazırdır. Bu yaxınlarda Azərbvaycan-İran hökumətlərarası komissiyasına iqtisadiyyat naziri Şahin Mustafayev yeni həmsədr təyin edildi. Kredit şərtləri geniş müzakirə olunur. Bu məsələlər prezidentlərin də görüşündə diqqət mərkəzində olacaq".