Xorvatiya 2020-ci ildə Avrozonaya daxil olmaq niyyətindədir.
"APA-Economics" xəbər verir ki, bu barədə Xorvatiyanın baş naziri Andrey Plenkoviç (Andrej Plenkovic) bildirib.
Maraqlıdır ki, 2020-ci ildə Xorvatiya Avropa İttifaqına sədrlik edəcək.
"Avro Xorvatiyaya siyasi və iqtisadi sabitlik gətirəcək", - deyə baş nazir vurğulayıb.