“İşlənmənin əvvəlindən “Şahdəniz” yatağından 86 mlrd. kubmetr qaz hasil edilib”.
“APA-Economics” xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən Neft-Qaz Cəmiyyətinin İllik Xəzər Texniki konfrans və sərgisinin iştirakçılarına ünvanladığı məktubda deyilir. Məktubu X. Yusifzadənin müşaviri Ələkbər Abbasov oxuyub.
Məktubda deyilir ki, 2017-ci ilin oktyabr ayının 1-dək “Şahdəniz” yatağından Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 6,5 mlrd. kubmetr, Türkiyəyə isə 48,5 mlrd. kubmetr qaz ixrac olunub.
Vitse-prezidentin sözlərinə götə, bu günə “Şahdəniz” yatağının ehtiyatları 1,2 trln. kubmetr qaz və 240 mln. ton kondensatdan ibarətdir.