Ağıl və istedad həm də sənin düşmənindir...
Səni yandıran dərd - başqasına uzaqdan görünər
Elə ölüm var ki, nəsil yaşadar...
Uca tullanmaqdansa, uca olmağa çalış...
Hər dərdi bölüşməzlər
Yalanın qalanı olmur
QamƏtini əymə, görünürsən
Ədan təbii gəlirsə - bəzəyindir, özündən qondarsan, təzəyindir
Bibim deyərdi ki, nə yığnaqda sözün var, nə də divanda dilin
ŞübhƏlƏr bütün bəlalara yol açar
Hamını eyni dillə anlatmaq olmaz
ÜmidlƏr də yaz kimidir, gözlərində gün çıxar, çiçək açar
İsti əlin, soyuq ürəyin kimə lazım?!
HünƏrini vaxtında və yerində göstər
Nəfis adam həmişə bəd gətirər
Gözdən yayınsan da, sözdən yayınma!
Dilin - haçalığı rəzalətdir,
ürəyin - haçalığı rəşadət
Dövranın gərdişi - sənin taleyin...
Dərdini kimə deyəsən - dərdindən alver eləyənə?!
Elə əməllər var ki, başına qaxanc edəcəklər, xəbərin varmı?!
Bu gün olmasa da, sabah soracaqlar...
Vəlinən gələn, əlinən gedər
SevgilƏr də fəsillər kimidir...
Hər quşun öz uçuşu, öz niyyəti var
Ölüm - göz yaşı quruyana kimidir...
Haya getmək ayrıdır, vaya getmək ayrı...
Dərd səni götürüb aparır, sən dərdi yox
Qazanmaq xəyalı, var - dövlət yığmaq vərdişi - geri, dönməz bəladır, gözü yığılmaz...
Araya girmək, ara vurdurmaq - ayrı-ayrı şeylərdir...
SƏbr - insanın əyləcidir, vaxtında, vədəsində...
Dayandığın yerdən boylanmasan yaxşıdır
Qul əməyin - gül əməyin
Qoltuqda böyüməyən övladını da qoltuq altına vermə
Vədənin də vədəsi gələcək!..
Gələn sənindirsə, gedən də sənin olacaq!
Dişlərin sədəfi hələ sözlərin sədəfi demək deyil!
Yerişin, duruşun - həm də görünüşündür - kənardan göz qoyurlar
Ümid bir dərmandır, söz bir dərman
Yaxanı əllərə vermə!
Ürəyinin içi - gözünün çölündədir
Pis vərdişlər də addımlardan yaranır, geriyə addımlaya bilmirsən.
Sözünü ayrı götür, ayrı görünəcəksən
Gör səni kimlər soruşacaq!..
NiyyƏtini gətirən ürəkdir, göstərən gözlərin...
Yeri, yeri, diri yeri!..
Qıyıq gözlər, bic sözlər - ikisi də bir mənbədəndir...
MƏrdlik - sənə qazanc deyil, sənin qazancındır
Bir ürəklə yaşamaq olmaz...
Duyğulardan coşub, tez atlanma, sürüşüb yıxılarsan...
Hər uduş şərəf gətirmir
Yaz - doğuş fəslidir
Ətrafın sənin kimi ola bilmədi, sənin kimi görünmədi - paxıllıq sel kimi axacaq...
Var sənindir, sən varın deyilsən...
Sallanma, yallanma, aldanma!
Ağlını-zikrini emosiyalara qurban vermə
Qazandığını dilinə xərcləsən, kasıb qalacaqsan!..
Hər dövrün öz təamı var
Qazana yığılmaq üçün deyil, bölünmək üçündür...
SƏdaqƏt - sədəqə deyil, onu qazanarlar
Xofu, şübhəni gizlədəndə o, səni gizlətməyəcək
Hətta əkizlərin də üzü eyni olsa, içi başqadır...
Əlin əsirsə, ürəyin də titrəyir
PƏrdƏ asılmaq üçündür, deşilmək üçün yox
Qəlbini ovcunda saxla, tez-tez gərəyin olacaq
Əməlinin sonrası nə olacaq - bax, əsas sual bundadır!?
Bu dərdi tək çəkmək olmur...
Canıyanımlıq canını yandırmayacaq, əksinə...
Ümidini də üz, özünü üzmə!..
Ölçülü-biçili münasibət - hər iki tərəfin xeyrinədir...
Sənətin sərhədləri var, dəqiq qorumalısan
ŞÖHRƏT - Qazanc - sabun köpüyü kimidir, baxır necə yanaşırsan
Əllərinin uzunluğu arzularının böyüklüyü demək deyil
Qalxdığın pilləkən həm də səni endirəcək...
Əkdiyin ağac tək sənə gərək olmayacaq...
Möhtaclıq - kəsiklik əlamətidir
Yaratmaq çətindir, qorumaq ondan da çətin...
Münasibətlərin boy cərgəsi var - qorumağı bacarmalısan.
Ağaclar kökün üstündə, budaqlar ağacın üstündə...
Çörəyin tamı əlinin tamından asılıdır.
Qazananda qədərini bilmirsən, itirəndə oturub hesablayırsan
Dil gətirəni Əl gətirməz...
Uzun ipin yığılması da bir dərddir...
Köç xatirələrlə dolu olar...
Gecənin tənhalığında çaqqallar ulaşar...
Qışın ayazı da ürəyi kimidir - soyuq və müəmmalı...
Sən gedəndə onsuz da yerin boş qalacaq - bunun fərqindəsənmi?!
Taleyinin pultu sənin əlində deyil ki!?.
Yaddaşın zəifliyi bəzən xeyir də gətirə bilər...
Çölün də için kimi şirindisə, yaşamağa dəyər, əzizim!..
Sənin işin tərsinədi, vallah: gözünlə eşidib, qulağınla görürsən...
Özünüdərk - hər zaman gərək!..
Bilmədiyini biləndən soruş...