|
|
|
|
"Ya Allah! deməyin elə ən böyük Duadır...
Ağıl - ətrafın ağıllı olanda görünər
Acdın yaralama, yedin paralama
Zərif güllər dərilmək üçündür, başı kəsilmək üçün yox...
Fərqindəsənmi, gör, sənin gəlişin nəyi dəyişəcək?!
İçindəki azarını səni ağrıdanda tanıyırsan
HƏssaslıq - ömrə bir baltadır
ÖyünmƏk - layiq olanda yaxşıdır
Atı, iti və xoruzu Allah-tƏala sahibinə həm də "əcəl zəngi" kimi bəxş edib
Var bölünəndə ar yaddan çıxar
Altındakı atını ürkütmə
Ərinmək, öyünmək, dilənmək, bölünmək - heç vaxt şərəf gətirməz
Hər dƏrdin və hər azarın öz sƏsi var
Ailədə də, dostluqda da, cəmiyyətdə də - münasibətləri eyni kökdə, bir notda saxlamaq çətindir və heç mümkün də deyil...
Adı olmayan əməlin dalınca getməzlər...
İnilti - təkcə xəstəlikdən qaynaqlanmır
Ayıq insan "antenası" görəsən, hansı "sputnikdən" qaynaqlanır?!
"Ver!" deyən, "Vur!" deyən o işin içində deyil...
Hər göz eyni görmür, hər beyin eyni düşünmür, hər dil də eyni cür səslənmir...
Əldən buraxıb, ayaqla axtarmazlar
Əzablar öz-özünə yaranmır və hər insan da onu çəkə bilmir
İnsanın "pultu" öz əlində olmayanda "dalğalar" qarışar...
Yoxun dili də yoxdur, sözü də, özü də...
Əlini uzatsan da, ömrü uzatmayacaqsan
Sakit yatan diriykən ölümə yatır
Torpaq davası, qarın davası və qadın davası - bütün tarixlərdə əbədi bəladır...
Savaşların məqsədi müxtəlifdir, rəngi bir...
Gözü açılmayan su bulaq suyu olsa belə, çirklənəcək və iylənəcək...
ŞƏlalƏlƏr - dağların və dünyanın ən təmiz hörükləridir
Ağac quruyur ki, yana bilsin və səni də isidə bilsin...
Hər daşdan boylanan bir çiçək bir məlhəmdir
Eləsi var ki, içinə girsən, iylənəcəksən, çölündən baxsan yaxşıdır
Külək bir səmtinən əyən budağı o biri səmtinən də düzəldəcək.
Savab işin qapısını dualar döyər...
Yer var ƏlinlƏ, yer var dilinlƏ!..
Yelinli inəyi axıracan sağmazlar. Bəs balasına nə qalsın?!
Canına qıyana can niyə vermişdin, ya Rəbb?!
Əldən çıxan quyruq heç öz quyruqluğunu boynuna alarmı?!
QƏzƏblƏr müxtəlif mənbədən qaynaqlanar və hamısı da qorxulu fəsadlar törədər
Yorğunluğu təkcə dizini yerə qoymaqla almaq olmaz
İy bilən canlını azdırmaq çox müşkül məsələdir
Sevginin qatları çox olar, nifrətinsə həddi...
MeşƏ vahiməsini özü yaradar...
Dayan, bax! Bilməyərəkdən tapdaladığın yer bəlkə sənin qəbir yerindir?!
Təsadüf qarşına çıxan xeyrin ziyanı da ola bilər
Baxır xəbəri kimə çatdırırsan...
Toplayanda da əzabla, böləndə də...
Hər canlının öz ovu var...
Əl - tutmaq üçündür
Çoban əmim deyərdi ki, qoyun dağda ot yeyib piylənər, aranda da başqa ot yeyib iyini, piyini əridər
Qəmli gözlər həmişə nəmli olar
İnsan ölənəcən kamını ala bilmir
Ümidin ünvanı olmur, yeri olur
Qonşunun iyi gələn qazanı sənin ki evində qaynamır!?
Hər canlı yediyi otdan süd gətirə bilməz...
Baxır dilinnən nə çıxır, əlinnən nə gəlir
Yatdığın yorğanla dava etməzlər
Yüyənini əldən vermiş atı minəcəklər
QƏhƏr - küsəyən olur, gəldi, gərək boğmayasan. Həm də o, hər zaman gəlmir. Təbi və ruhu var...
SƏbrin böyüklüyü sənin qazancındır...
İnad eləmə, imdad elə
İnsaf - tərəzidir, çox işlərdə gərəyin olacaq
Münasibətlər xurcun tayı olsa - hər iki tərəfin xeyrinədir
BƏrabƏrlik - dostluqda çox gərəklidir
Alın yazısı - alının çölündə deyil ki, hər yoldanötən oxuya bilsin
Bütün canlılar balasının yanına sovqatla qayıdanda dünya sevincə qərq olar...
Sənə qudurğanlıq gətirən təzim səni nə tez faş elədi...
DişlƏri tez-tez sürtməklə ağzı təmiz saxlamaq olmaz
Bu dünyada sənin sanınla sonun arasında fərq yoxdur - çox bel bağlama...
Qadir İnsan rəhmətinin əvəzində QƏdrin görəndə ruhu şad olar
Hər bəd xəbər - qəlbdən bir tel üzəcək...
Gəlişinlə yox, gedişinlə yadda qalacaqsan
Ölümü vaxtından tez gözləsən - qəlbini nəfis basacaq
Qəzəbli sözlər nə sənə, nə də ona xeyir gətirəcək - soyudun özünüzü, isidin özünüzü...
Səni sıxan toydan, düyündən uzaq ol!
Elə qazanc var ki, gərəyin olmayacaq - necə gəlmişdisə, elə də gedəcək
Ağılsızın qazancı dünyanı fani göstərər
Qarnın aclığı, ya toxluğu insanın duruşuna da təsir edər
Əlindəki, qolundakı yaraları sağaltmaq olmur, dərisi olmayan içindəki yaraları kim sağaldacaq?!
Bu dərd o biri dərdin yolun kəsməyəcək, əksinə, gedib nə vaxtsa bir-birinə qovuşacaqlar...
Boynun yastığa düşəndə, yaxınlarının dönüklüyü səni o dərddən çox yandıracaq...
Ölüm də vaxtını çox keçirəndə - bihörmət olar, səni də urvatsız edər
Gözünü də döymə, özünü də öymə...
Qadir Allahın ətəyindən əməlinlə tut
Su da söz kimidir: yolunu bağlasan, çirklənər... Gedirsənsə - mənzil başınacan içini təmizlə...
Verdiyini unut, aldığını da yaddan çıxartma!
Bağışlamasan - böyüdüb çürüdəcəksən...
Elə ölüm var ki, vaxtından tez gəlir və bəlkə də səni, vaxtından tez ucaltmaq üçün...
Yaxın dostumla hərdən gülüb deyirik ki, işə bir bax, çörəyimizin duzu yoxdur, qapımızdakı it də bizə hürür...
Hər şey qəlbin təmizliyindən qaynaqlanar
TƏbiƏtin heç bir guşəsi xəlvəti məkan deyil, özünü aldatma!..
İçində gəzən dərdin böyründə gəzən məlhəmi də var
Qapıya gələn ölümü heç FƏlƏk də qaytara bilməz
Saralmış yarpaqlara baxma, ağacı çürüdən də, aşıran da gövdəsidir...