|
|
|
|
Təmənnalı ÇörƏyi mədə də həzm etmir
Döyülməyən qapıda bƏrƏkƏt olmaz
Yetişməyən TövbƏni etməyə tələsmə
Ölməyən və unudulmayan günahlardır
İyrəndirmə, öyrəndir
Əyən yükdən sallaşan çox olar
Sirr deyildirsə - nə sirr oldu!?
Uca təpələrin, sıldırım dağların başından şaqqıldayıb axan bulaqların mənbəyi hardandır görəsən?
Ümidsiz qalmaq - kimsəsiz səhralıqda axırıncı qurtum suyu içmək kimi bir şeydir...
Yollar bəşəriyyətin kompasıdır
Həyasız adamın açılmasını gözləmədən getsən yaxşıdır
Tərbiyədə hər şey qarşılıqlıdır
Düyünlənmiş yumruq bərkə və çətinə düşəndə işlənsə, gərəkli olar
Qırxıncı qapını da aça bilsəydin, bəlkə həyatın sonu olardı.
SinƏn ayrı yerdə lazımdır, kürƏyin bir başqa yerdə
HƏsrƏtin arxasınca naümid getməzlər
GözlƏrin Nuru qəlbdən süzülər
İnsanın yerişini itirməsinin iki səbəbi var: ya utanmağındandır, ya da qudurmağından
Hər ölƏnin başı qiblƏyƏ tərəf durmur
XƏmir yoğrulmasa, çörək bişməz
Ağzında sürüdüyün dilini bəs nə vaxt döndərib "Allahu-əkbər" deyəcəksən?..
Atdan düşməmiş cilovu əldən buraxmazlar...
VƏrdişlƏr pilləkan kimidir...
Aralıdan gələn igidin hələlik görünən boyudur deyə, "boyuna qurban" deyirlər bəlkə...
Çox uzunömürlülük bir şey deyil, urvatlı ölməyi də bacarmaq lazımdır. Çox yaşamağın çox da vaxtsız ölüm görməyin deməkdir
Gecəylə gündüzün təhvil-təsliminə insan öz gözüylə şahidlik edir
Qışını fikirləşməyən yazdakı çiçəklərin nə qədrini biləcək?
Burnunun ucundan o tərəfə, o yandan sənə ayrı baxış var
Çölünü yudun, bəs içini kim yuyacaq?
Hər şey ölür, axıra nƏfƏs qalır
Uzadılan əl insana həmişə lazımdır
Ətirli çiçəkləri qoxuyan olmasa nəyə gərəkdir?
Şişin ucunda verilən kabab ağzını yaralayacaq...
Baxışları bir nöqtədə donduran qayğılardır
Hər uzun ətəkdən yapışmaq olmur
Boyun yastığa düşəndə, intizardan əyilər
Çörək yeyən hər ağızdan müqəddəs söz çıxmır...
Addımlamağın hələ irəli getməyin demək deyil
Səni qanadlandırıb uçuran Arzularındır. Arzular gerçəkləşməyəndə və ya bitəndə yenə öz yerinə qayıdacaqsan
TƏnhalıq insanı xərçəng kimi yeyir
Duruluq - sudan başqa heç nəyə yaraşmır
Ətrafındakıların hər biri sənə bir emosiya yükləyir və bəzən də səmtini itirən yolçu kimi nə etdiyini belə bilmirsən...
Yaxşı və ya pis xəbər gözləyən hər kəs içini yeyər
Anam deyərdi ki, bala, paraya görə evinin işığını söndürmə, qaranlıq nıfıs gətirər
Elə münasibətlər var ki, gedəndə və içərisində olanda hiss etmirsən və sonra geriyə qayıdanda, yaxud təklənib qalanda sarsılırsan, getməyə yer, durmağa dayaq nöqtəsi tapmırsan
Elə şey var ki, onu ütüləməsən, açıq desən, daha səmimi olardın
Səksəkəli adamın qulağından sƏs əskik olmaz...
Naümid və səhli qalmaq adamı sarsıntılara düçar edər
Qəzəbimin ac qurd kimi içimi gəmirməsini görürəm, səsini belə eşidirəm, di gəl ki, nə qəzəbimi boğa bilirəm, nə özümü ələ ala bilirəm...
Boşalmış, boş qalmış Evimi quru və cansız taxta mebellərlə doldurmağın nə mənası var, mənim balam?..
Sən mənə nə böyüklük göstərdin ki, mən də sənə kiçiklik edə bilim!?
Söz qurtaranda elə etmə ki, əl başlasın
Elə yuxular var ki, günboyu özünlə gəzdirirsən
KülƏyin qapı döyməsi qorxuludur
Ayağının altındakı yeri görmürsən, başının üstündəki buludlarla əlləşirsən?!
İçində qırılan duyğuları və ümidləri el içindəcə qurmağı bacarmalısan
Ayaq üstə ölüb qurtarmaqdansa, uzanıb, yatıb ölməyin yaxşıdır
Şeytanın sənə naz etməyi sənin acizliyindir
Xülyalarla əlləşib özünü aldatmağın nə mənası?!
Qürur adama toxluq gətirər
Bağladığın yükün ipini sallayıb ulağın ayağını dolaşdıracaqsansa, ip də gedəcək, yük də
GƏlin onsuz da nəslinə qan qarışdıracaq, təki nəsli və ailəni qarışdırmasın
Dilini, dodağını, bığını yeməkdənsə, deyəcəyin qəzəbli sözünü ye
İpinin ucunu ələ vermə, nə evdə-ailədə, nə də işdə-gücdə...
Nə istədiyini bilməyən adamın səni istəməyinə inanma
Əsl dostdan incimək və küsmək - evdən köçüb başqa yerə isinişməmək kimi bir şeydir
Ağsaqqalın yaltaqlanması tək ağsaqqalı yox, yaltaqlığı da hörmətdən salır
Alın qırışları - oxunmayan kitabın səhifələridir, hər adam da onu oxuya bilmir
Hər hansı bir münasibətlərdə zahiri görünüş və ilk təəssürat aldadıcıdır
Rüzgar taleyin elə bir küləyidir ki, birdən toparlayıb gətirər.., birdən də əsib dağıdar, boş xırmana döndərər
Dönüş nöqtəsində insanın uduşları çox olar
Qatığın ağlığı hələ onun təmizliyi demək deyil
Uzun yolun, uzun gecənin əhdini şirin söhbət kəsər... Baxır yol yoldaşı kimdir?
Sümükdə və ilikdə gəzən küləklər çox qorxuludur...
Sən məni tanımırsan, gözümü bağlasan da, qulaqlarım görəcək
Başın dolu və... cibin də dolu olsa yaxşıdır
ƏdalƏti sən müəyyənləşdirmirsən, kənar göz görür
Allah hər fəslin meyvəsini səni ac qoymamaq üçün yaratdı...
Sazaq külƏklƏr - çörək itirən adamlar kimi qudurğan olar - məsafə bilməz
Qonşumuz Yəhya kişinin ölüm ayağında dediyi sözlər indi də yadımdadır: "Yorğan mənim nə sümüyümü, nə iliyimi isitməyəcək. Üstümü açıq qoy, bələmə məni, bəlkə rahat ölə bildim"...
Qarşıdakını hərəkətinə görə yox, niyyətinə görə cəzalandır
Qorxu olmasa, insan çəkilməz
Nə əməlin sahibisən ki, hələ vaxtımı alıb xatirə danışırsan?..
QƏbirlƏrin baş daşları həm də ölənin şəhadət barmağıdır - səni haqqa səsləyir. Eşitmirsənmi, görmürsənmi?..
Təpənin başında nə şellənirsən? Burda ölüb qalmayacaqsan ki?!. Səni qayıdacağın binədə basdıracaqlar. Bilirsənmi bunu?!
Taleyin və Ölümün hökmü qarşısında, İnsan Ağlının hökmü acizdir...
Sən bizim münasibətlərdə hava haqqında məlumat kimisən...
Hər insan keyfiyyətli materialdan biçilmir...
Qəlbindəki ləkəni nə ilə yuya biləcəksən? Bunun fərqindəsənmi?
Dünyanın ən təlatümlü zƏlzƏlƏsi insanın içində olur və onu viran qoyur