Dua var diri üçün oxunur, Dua var ölü üçün...
Ağac qabıqlayanda özünü sökür
Toyunda və yasında umduğunu - axı başqası da səndən umurdu...
QƏlƏbƏ aldadıcıdır, sƏhvlƏr düşündürücü
Yetkinlik yaşda olur, müdriklik başda
Qüruba gedən GünƏş, payız vədəsi, sarı yarpaq, qışın soyuğu-sazağı nostalji duyğular yaradır, insanı tənhalaşdırıb kədərli anlar yaşatdırır. Bunlar hamısı Təbiətin məqsədli VƏrdişlƏridir. İnsanı hazırlaşdırmaq və alışdırmaq üçündür
Mobil telefon - üzü və sözü də özü kimi soyuq sim-sim - birinci elə isti sözlərlə dolu məktubları və insani sevgiləri öldürdü
MƏhƏbbƏt yaşa baxmır, amma müəyyən ömrü yaşayır.
Adını da bilmirsən, ağzının dadını da, dostunu-yadını da, belə hardan gəlib, hara gedirsən?!
İnsan qəribə məxluqdur, yatdığı yerə də, yediyi çörəyə də, gördüyü yuxuya da haram qata bilər
Ən yaxın və ən yaxşı münasibətlərdə belə, qızışıb dərinə getmə! Çünki bunun geriyə qayıtmağı da olacaq bir gün.
Səni aparan yollar qaytarmayacaqsa, düşün-daşın, çox da güvənmə, yolçu qardaş!
Hardan gəlirsən, ey mənim göz yaşlarım? Kim göndərib səni, niyə, nə məqsədlə, nə səbəbə və nə səbəbdən gəlirsən? Nə icazə istərsən, nə üzr dilərsən, nə də cavab verib dillənirsən...amma elə hey... lillənirsən...
"Üzdən-gözdən salma məni" - deyirsən. Gözün görür - onun üçünmü, üzün qızarır - buna görəmi?..
Özünü çörək verdiyin özününkündən qoru
Özünə düşməninin gözüylə bax, qulağıyla eşit və nəticə çıxar
Sözün başına ip salsan, ip də sənin başına dolanacaq
Artıq bir damcı da kasanı daşdıra bilər
Hər insan kürsü arxasında müdrik olub əməlinə görə özünə hesabat verə bilmir.
Getdiyin yerdə dostunun aşını da ye, və həmdərd olub, göz yaşını da sil
İnsan heç vaxt ziyanın arxasınca getmir, amma ziyanı görə bilir
Evində yeddi oğlu olan Ana da qazanc gətirənin canına and içər
Ortada günahı bölmək məqamı çatanda, Allah bəndəsinin heç biri günahkar olmaq istəmir...
Yaxamdan tutub qırağa çəkmək ayrı şeydir, yaxandan tutub qırağa çəkilmək ayrı şey
Hamı hər şeyi gözləyə bilir, təkcə Ölümün Zamanından başqa
Hənirin yoxdursa, hünərin də olmayacaq!
Gözlədiyin qƏlƏbƏ sonradan adiləşir, gözləmədiyin mƏğlubiyyƏt isə ömrün boyu yandırıb əzab verir
Cərgənə bax, cərgəndə dur!..
Paxılı yaxşıya doğru dəyişmək istəyirsənsə, özünü aldatma!..
ŞöhrƏt - üfürülmüş şar kimi şişən sabun köpüyüdür, ömrü qısa və aldadıcıdır, partlayıb dağılacaq
Dişin də, saçın da ömür yolunda qurban getdi, xəbərin varmı?!
Əmim müəllim qonşusuna sataşıb deyərdi ki, ə, bu nə təhər adamdır? Yarım saatdır danışır, əvvəl nə bilirdinsə, indi də onu bilirsən...
Həqiqətin dostu az olar
LƏyaqƏt hissi - dolanışıq tərzi ilə uyğun gəlmir, tarazlaşmır
Sən vƏsiyyƏtini ölüm gününə saxlama, diriykən de və özün də əməl et
Havayı yaşadığı günlərin ağrı-acısını və cəfasını insanlar niyə ölüm ayağında çəkirlər?!
Əslində insandan "neçə yaşın var" - yox , "necə yaşamısan" - soruşmaq lazımdır
Gecə yuxudan ayılan və yuxusu ərşə çəkilən insanın Tənhalığı ağır və məşəqqətli olur
DƏrd insanın taqƏtini də əlindən alır
Tumurcuqlanmayan Ağac - odundur
Sənin olmayanı adına çıxma
Əyilməyini özün bilərsən, amma sınmağına nə lüzum?..
Sözün də rəngi var
Xəlvət iş olan yerdə narazılıq çox olacaq
Tabeçilik qarşılıqlıdır, tabe olmağı bacarmasan, tabe etdirməyi də bacarmayacaqsan
Dərdin səsi də başqadır
Kəsdiyin dırnaq da ömründən düşən bir yarpaqdır
Qazanc hərisliyi nə hədd bilir, nə dərman, nə də zaman...
Əli uzunluq ayrı şeydir, dili uzunluq ayrı
Danışanda öz səsinlə danış
Fərqli münasibətlər sərgiləyən insan qorxuludur
Evindəki sƏmimiyyƏti işinə də gətirsən, yaxşı olar
Lap "Quran" ayəsi olsun: baxır kimin ağzından çıxır
Danışığını özün bilərsən, əməlinin məsuliyyətini mütləq çəkəcəksən
Yeməkdən zəhərləndin - həkimlər əlac edə bilər. Bəs beynin zəhərləndi necə - onu kim təmizləyəcək?
Qız ağacın zərif budağıdır - peyvənd vurub sarımalısan
Hər fəslin öz meyvəsi, hər meyvənin öz vaxtı var, əzizim, sən hara tələsirsən?
Bu günlə niyə yaşayırsan?! Sən öləndən sonra övladının taleyini fikirləşirsənmi?
Ən bahalı şey - VAXT-dır
Böyük danışma, özünü böyük göstərmə - hörmət və ehtiram qazanacaqsan
Niyə əlini qısırsan - yediyin qismətindir, amma... sənin deyil...
Döyüşə gedəndə Atın yalına yatarlar...
Uzağa tullanmaqla, uzaq getmək çox fərqlidir
Qolunun və Dizinin bükülməsi - Yaşam və Ölüm arasındakı Mübarizədə məğlubiyyət əlamətidir
Qanın qaralması və durulması münasibətlərdən və davranışlardan asılıdır
Rəddini və Ayaq izlərini yağış yusa da, ölüm yuyub apara bilməyəcək...
Əmim oğluna deyərdi ki, bala, Allah sənə milyon versə də, onu bölüşdürə bilməyəcəksən, çünki o ürək yoxdu səndə...
Sənin Sözün də Özün kimidir
Vəzifənin sadə yolları səni ucaldacaq, ucalığa aparacaq. Dəyişkən və əyri yolları ilə səni görüşdürəcək - baxır sənin hansı yolu seçə bilmək və dözmək kəramətinə...
Duaların eşidilmirsə-özün də gecikirsən, sözün də...
Allah insanları fərqli və çeşidli yaratmasaydı, bu qədər müxtəlif işlərin öhdəsindən kim gələrdi bəs?
Bibim yana-yana deyərdi ki, məni tanıyan qurd yesin, tanımayan yox...
Hər oğul mənsəb sahibi olanda öz keçmişini qoruyub şərəfə mindirə bilmir
Rəhmətlik anam elə hey danışıb gülərdi: "Ayı meşədə əzgil yeyib boğulur və qarnını tutub qaçır: “Oy, oy, bu beş qığlı, beş bığlı öldürəcək. Tövbə sənə!.."
Qolundakı tüklə kipriyindəkinin fərqini bilirsənmi?
Ruzi Allahdandır və Bölünmək üçündür!..
Əlini uzadanın əlini tut, dilini uzadanın dilini kəs...
Arxadırsa arxalan, yoxsa, uçqu vuran torpaq kimi ağnayan birisi nəyinə lazım?
Hər an öz diqtəsini edir - hazırsanmı?!
İçi çürük ağac birdən aşar...
Sən özündə deyilsənsə, özün də deyilsən...
Kədərin dərəcəsi olmur, qədəri olur
Sənin kimdənsə neçə il qabaq doğuluşun - hələ sənin böyüklüyün deyil. Bunun fərqindəsənmi?..