|
|
|
|
Qazanc - halal, ya haram olsun - tək sənin deyil. Bölə bilmirsənsə, böləcəklər...
Hər günahı bağışlamazlar
Elə göz yaşları var ki, gözdən axır, amma ürəkdən gəlmir...
Belindəki kƏmƏrin deşiyi qarnından asılıdır
Əyilən qaməti kim gəlib düzəldəcək?
Yanındakını çox yorma - tənha qalarsan
Vərdişləri birdən-birə tərgitməyə öyüd-nəsihət kar etməz
Yüyrək yeridiyin kimi, yüyrək də danışma
Dişin dibindən çıxan Söz çürük olar
Elə səhvlər var ki, ömür boyu boğazından xalta kimi sallanar, səni gözüqırpıq və gözükölgəli edər
Evə gətirdiyin ÇörƏk Taleyin qazancıdır
Hərkəs mənsəb sahibi olanda, heçdə dəyişməz qala bilmir
Ayağını yerə qoy, görüm hara gedirsən, atam balası?!
Ölüm ayağındakı Müdriklik kimə lazımdır?!
Gözün suyu burnun suyu kimi çirkli ola bilməz
Harınlıq ayağın altını örtür
Ya ağla, ya gül - adam var ki, onun üçün fərqi yoxdur
Nə gözünü döy, nə özünü öy
Həyətindəki xoruzun banlaması elə dörd divarın arasında da qalacaq
ŞöhrƏt - yaxşı şeydir, ancaq onu qazanan ondan qoruna bilmir
Oğurluq bəlası, tamah hissi gözdən başlayar
Dolu ağzını marçıldadma, yanındakı boş mədəni qıcıqlandıracaq
Elə şeylər var ki, o sənin taleyinə yazılmayıb, axtarıb özünü yorma
Dil yerindən çıxmasa, çox pərdələr yırtılmaz...
Mədəsi ac olan ürəkli ola bilməyəcək
Ağzındakının dadını səndən yaxşı bilən olmayacaq
Nazı onu başa düşən şəxsin yanında edəndə - qiymətləndiriləcəksən
Elə yeriş var ki, uzaqdan hər şeyi büruzə verir
Üzündən tökülən toxluq ola bilər ki, içindən gəlmir
Qırx gün söhbəti müqəddəsdir və həm də hər sahədə sınaq müddətidir
Qaldıra bilmədiyin yükü qoy yerində qalsın
Xoşbəxtliyin və ya bədbəxtliyin uğrunda vurnuxanda bil ki, bu, sənin iradəndən kənar söhbətdir
Elçilikdə dediyin "Allah xoşbəxt eləsin!" kəlamının bəzən əzabını da çəkməli olursan
Mızıldama, sızıldama , inildəmə!..
Danışmazdan qabaq özünə qulaq asmağı da bacar
Dünyaya gətirdiyin övladın adını sən qoysan da, Taleyini Allah yazacaq
Hər hansı bir məqsədə doğru sürünməzlər, qətiyyətlə gedərlər
Ayaq izləri başqasının ayaqqabısından da qala bilər, ancaq barmaq izləri təkcə sənindir...
Elə vərdişlər var ki, el də yığılsa, tərgitdirə bilməz
Başqasının nə uğuruna, nə də varına həsəd aparmazlar
Kimsəni endirirsənsə, özünü qaldıra bilməyəcəksən
Barmağın ucundankı iy səni tamsındırar və ... yolundan çıxara bilər
Sən sevməyi və sevinməyi necə, bacarırsanmı?
Elə yaxşılıqlar var ki, onun yolunda yatsan da azdır
Səni qiymətləndirməyən, sənin hər hansı jestini də qiymətləndirə bilməyəcək
Hər axşam evin kişisi gələn yolu intizarla gözləyən qadın çörək tapacaq və nəvə-nəticə yiyəsi olacaq
Elə dƏrd var ki, ona ƏyilmƏsƏn yaxşıdır
Paxıl qardaş, paxıl dost - ən qorxulu düşməndir
İnsanları qovuşduran göz yaşları müqəddəsdir
Sabah ölüm ayağında yastığına dirsək olacaq bir kimsən varsa, bax, ən böyük həmdəmin odur
Qabağı mən səndən də yaxşı görürəm. Bəs arxanı necə, arxandakı o baxışları görə bilirsənmi?
Diriykən qədir bilməyənim, mən öləndən sonra qəbrimə gəlib gülləri düzmə, ürəyimi üzmə...
Sən öləndən sonra adını əməllərin daşıyacaq
Tamahın geriyə yolu yoxdur
Qazandığın dəyərləri hər yerdə xırdalama
Əlini cibinə qoymaqla cibin dolmayacaq
Baxır edilən duAlar hansı ağızdan çıxır
İnsanın içini heç çölü də gizlədə bilmir
Günahkar insan - ölüm ayağında yaxşı ölə bilmədiyindən zarıyır...
Elə dərd var ki, onu dərman da sağaltmayacaq
Vaxtında dayanmağı və vaxtında qayıtmağı bacar - udan sən olacaqsan
Mühit - qorxulu müəllimdir
Dur get, görüm, səndən nə danışacaqlar!?
Çörək vermirsən, hələ bir bais də olursan?!
Elə danış ki, özünü də aldatmayasan
Ayağının altından yer qaçanda, Sən hara qaçacaqsan?
Özünü ora-bura soxursan, barmağını isə burun-qulağına
Zamanın ölçüləri Dünyanı ovutmaq üçündür
Hər gördüyün yaxşını danışıb kiminləsə bölüşmə: düşər-düşməzi olar...
Nə ayaq səslərini, nə nəfəsini, nə əl izlərini gizlədə bilməyəcəksən...
Hünərli adam dil uzatmaz, əl uzadar
Hər səsdə bir nəfəs də var
Bir yazını ki, yazan yazıb, kimdi onu pozan!?
Boyundan uca tullansan da, qəlbindən uca görünə bilməyəcəksən
Ağarmış saçların da rəngini gizlədərlərmi?
Üstünə nə qədər qar yağsa da, Torpaq altını dəyişməyəcək, qoruyacaq varını...
Göylərin dərinliyində sonalanıb, cərgələnib, sıralanıb, səf tutub gedən quşların ahənginə baxan və baxdıqca heyran olan bəşər övladı - bir azacıq fikirləşsə, nəticə çıxarsa - Dünya yaxşıca boşalardı, ayrı düşmüş qəbirlərin ruhu da dincələrdi...
QƏribi gəlməyənin həsrətli gözlərini ölüm də bağlaya bilmir
Ağlayanda dil deməsən, selin qabağı açılmaz...
Qol qaldırıb oynayanda ürək atlanar
QalibiyyƏt sənə mƏğlubiyyƏti də öyrətməlidir
ÇƏmƏn şehi - səhərin göz yaşlarıdır, üstündə ehtiyatla gəz-dolan
Ayağını yerdən üzən insan hər an, hər saniyə ölümlə üzbəüz durur
Ölümü - o gəlməmiş gözlə və qarşıla...
Soyuqda, sazaqda iliyim, sümüyüm üşüyəndə, gəlib qəbrimdə bir ağız ağlayarsan, mənim gözü selli-sulu, ağlayan bacım!..