Yanvar ayından Ermənistanda qeydə alınan bahalaşma ölkədə vəziyyəti daha da ağırlaşdıracaq. Belə ki, əhalinin əksəriyyətinin gəlirləri aşağıdır və bu gəlirlər inflyasiya səbəbindən daha da azalacaq.
Trend-in məlumatına görə, bunu Ermənistan deputatı Vardan Bostancyan deyib.
O qeyd edib ki, əhalinin gəlirlərinin az olduğunu nəzərə alaraq, hətta cüzi bahalaşma mənfi effekt verə bilər:
"2018-ci ildə əməkhaqqı, pensiya və müavinətlər artırılmayacaq. Bu isə o deməkdir ki, bir çoxlarının gəlirləri inflyasiyaya davam gətirməyə kifayət etməyəcək".
V.Bostancyan hesab edir ki, inflyasiya Ermənistanda arzuolunmaz proseslərə səbəb olacaq: "O cümlədən yoxsulluğun səviyyəsi artacaq, mühacirət çoxalacaq, korrupsiya halları dərinləşəcək".