|
|
|
|
Gənclər üçün Təhsil Mərkəzi yanvarın 18-dən 20-dək 20 Yanvar faciəsinin ildönümü ilə bağlı "Twitter"də internet aksiya keçirib.
Mərkəzin baş katibi Gülnar Xəlilovanın verdiyi məlumata görə, təbliğat işi "#20januaryourproudday" həştəqi ilə aparılıb.
Aksiyanın məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə ali təhsil ocaqları və beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq idi.
Mərkəzin Bakı və digər regional ofislərində təşkil olunan aksiyada "hashtracking.com", "trendmap.com" sayğaclarının göstəricilərinə görə, ümumilikdə 9400 "tweet" paylaşılıb. Bununla bərabər, gənclər müəyyən edilmiş cədvələ uyğun, növbəli şəkildə 20 Yanvar faciəsinə həsr olunmuş məqalə, foto, bəyanat və digər materialları internet vasitəsilə dünyanın müxtəlif nöqtələrinə - universitetlərə, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet resurslarına, əcnəbi qəzet və jurnallara göndəriblər.
Aksiya zamanı ingilis, rus, alman, fransız və türk dilində materiallardan istifadə olunub.
CEYHUN