|
|
|
|
Meksikanın Akapulko limanı yaxınlığında Hərbi-Dəniz Qüvvələri göyərtəsində 900 kq-dan çox kokain olan iki qayıq saxlanılıb.
APA-nın "RİA Novosti"yə verdiyi xəbərə görə, qayıqlarda olan 14 nəfər də saxlanılıb. Onların Ekvador, Kolumbiya və Meksika vətəndaşı olduğu bildirilir.
Qayıqlardan birində həmçinin Meksika vətəndaşının cəsədi aşkarlanıb.