|
|
|
|
Türkmənistanda parlament seçkiləri başa çatıb.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Türkmənistan Mərkəzi Komissiyası yerli vaxtla saat 19:00-da Məclisə səsvermə başa çatdığını və bütün seçki məntəqələrinin bağlandığını açıqlayıb.
Türkmənistan qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermədən sonra 7 gün ərzində seçkinin nəticələrini açıqlamalıdır. Adətən, Türkmənistanda seçkinin nəticələri səsvermədən 2-3 gündən sonra açıqlanır.