Aprelin 11-də keçiriləcək prezident seçkilərinə az bir müddət qalıb. Azərbaycanda seçkiöncəsi mühit sabitdir. Seçkilərə hazırlıq, təbliğat-təşviqat işi ölkə qanunvericiliyinə uyğun həyata keçirilir.
Bu fikirləri sechki-2018.az saytına açıqlamasında Rusiyanın Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov deyib.
Azərbaycandakı seçkilərə kənar təsirlər riskinin olmadığını deyen M.Neyjmakov bildirib ki, seçkilərdən sonra siyasi sahə ilə yanaşı, digər sahələrdə də yeni islahatların aparılması gözlənilir.
“Düşünürəm ki, 11 aprel seçkiləri Azərbaycanın mövqelərini daha da möhkəmləndirəcək”,- deyə analitik vurğulayıb.