Azərbaycanda prezident seçkilərinə hazırlıq yüksək səviyyədə aparılır. Bu cür hazırlıq seçkilərin şəffaf və ədalətli keçəcəyini deməyə əsas verir.
Bu fikirləri sechki-2018.az saytına açıqlamasında Amerika Birləşmiş Ştatlarının Miçiqan Dövlət Universitetinin tədqiqatçısı Zakir Avşar bildirib.
Amerikada olmasına baxmayaraq, Azərbaycanda keçiriləcək seçkilərə hazırlıq prosesini mətbuatdan izlədiyini deyən Z.Avşar Azərbaycanda bu dəfə də beynəlxalq standartlara uyğun seçkilərin keçiriləcəyinə inamını ifadə edib.
Z.Avşar, həmçinin Azərbaycanın yürütdüyü siyasətdən bəhs edib: "Azərbaycan düzgün inkişaf yolundadır və gələcəkdə daha böyük uğurlara imza atacaq. Prezident seçkilərindən sonra əhalinin rifah halı daha da yaxşılaşacaq".