Şimali Koreya Demokratik Respublikası və Cənubi Koreya birgə sammit keçirmək barədə razılığa gəlib.
APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Renhap" agentliyi tərəflər arasında ilkin danışıqların yekununa əsasən xəbər yayıb.
Məlumatda bildirilir ki, sammit bu il aprelin 27-də keçiriləcək.
O da qərara alınıb ki, Cənubi Koreya prezidenti Mun Çjo İn və Şimali Koreya lideri Kim Çen In arasında yüksək səviyyədə danışıqlara hazırlıq məqsədilə aprelin 4-də tərəflərin işçi görüşünün daha bir raundu keçirilsin.