|
|
|
|
Yunanıstanın paytaxtı Afinada İran səfirliyinin iki əməkdaşına qarşı sui-qəsd cəhdi olub.
APA-nın “RT”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstan polisinin mətbuat xidməti açıqlama yayıb.
Məlumata əsasən, martın 28-də bıçaqla silahlanmış şəxs İranın Yunanıstandakı səfirliyi qarşısında diplomatlara hücum edib. Şəxsiyyəti müəyyənləşdirilərək saxlanılan 47 yaşlı İran vətəndaşı aprelin 1-də məhkəmənin qərarı ilə həbs edilib. O ifadələrində cinayət əməllərini etiraf edib.
Bundan əlavə, onun iki dəfə diplomatik missiyanın girişində yanğın törətmək cəhdi də üzə çıxıb. İnsidentin motivləri müəyyənləşdirilir.