|
|
|
|
Rusiya və Türkiyə bölgədə sülhün və stabilliyin bərqərar olması istiqamətində birgə intensiv işi davam etdirəcəklər.
APA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra bildirib.
“Arzu edirəm ki, bütün bu görüşlər regionumuza fayda gətirəcək”, - deyə Ərdoğan Türkiyə-Rusiya yüksək səviyyəli əməkdaşlıq Şurasının iclasında bildirib.
O, Şuranın iclasından əvvəl V.Putinlə təkbətək görüş keçirdiyini, danışıqlar zamanı regional və beynəlxalq məsələlərin müzakirə edildiyini xatırladıb.