ABŞ prezidenti Donald Tramp Suriyaya hücumla bağlı yeni açıqlama yayıb.
APA-nın xəbərinə görə, Tramp özünün “Twitter” səhifəsində əməliyyatın vaxtının hələlik müəyyənləşmədiyini yazıb:
“Suriyanı çox tezliklə də vura da bilərik, gec də vura bilərik. Nə vaxt hücum edəcəyimizi heç vaxt deməmişəm. Mənim rəhbərliyimdə ABŞ Suriyadan İŞİD-in çıxarılması üçün böyük işlər görüb. Haqqımız olan “Təşəkkür edirik, Amerika!” ifadəsini isə eşitmirik”.