https://525.az/img/pics/medium/2024-04/311725_9vr2bm0uzq.jpg Türkiyədə İŞİD əməliyyatı - 38 şübhəli saxlanıldı
https://525.az/img/pics/medium/2024-04/311719_l84nsathaw.jpg Yollarda görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Mülki əhalimiz demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir - Hikmət Hacıyev
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
search
28 Aprel 2024
27 Aprel 2024

Rihanna: "Bakı! Mən buradayam!"

Rihanna: "Bakı! Mən buradayam!"

Dünyaca məşhur müğənni Rihanna özünün Twitter mikrobloqunda Azərbaycana səfəri haqqında yazıb.

Trend-in məlumatına görə, müğənni səfərlə bağlı bunları deyib: "Bakı!!! Mən buradayam!!! Baş verənlərə inana bilmirəm!!!"

Qeyd edək ki, dünən gecə saatlarında dünya şöhrətli müğəni Rihanna Bakıya gəlib.

O, may ayında "Eurovision 2012" müsabiqəsinin keçirildiyi "Bakı Kristal Zalı"nda şənbə günü konsert proqramı ilə çıxış edəcək.

R&B şahzadəsi, beynəlxalq mükafatların, o cümlədən iki "Qremmi" mükafatının sahibi Bakıdakı çoxsaylı pərəstişkarlarını hit mahnılardan ibarət eksklüziv şou ilə sevindirəcək. Rihanna ilə birlikdə ABŞ-dan Bakıya müğənninin 80 nəfərlik komandası da gəlib.

Rihannanın Bakıdakı konsertinə müxtəlif ölkələrdən müğənninin çoxsaylı fanatlarının gələcəyi gözlənilir.

Rihannanın Bakı konserti musiqi sənayesində piratçılıq ilə mübarizəyə həsr edilib.

Konsert "Universal Music Group"un Azərbaycandakı nümayəndəsi "Omnikomo Music Group" şirkəti tərəfindən təşkil edilib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.