"WhatsApp" istifadəçilərinin bir qismi bəyan edib ki, bloklanmış smartfonlarda bildiriş əldə etdikləri zaman məktubu göndərənin kimliyini görmürlər.
Bununla bağlı "The Mirror" nəşri məlumat yayıb.
İstifadəçilərin şikayətlərinə əsasən, telefonun ekranında "Məktub" yazısı peyda olur, ancaq dərhal bunun kim tərəfindən göndərildiyini müəyyən etmək olmur. İstifadəçilər "WhatsApp"ı açmalı və məktubun kim tərəfindən göndərildiyinə baxmalı olurlar. Problem daha çox "iPhone"larda özünü göstərir.