../img/pics/medium/142071_2u4qlzigan.jpg Fenomenal təfəkkür sahibi
../img/pics/medium/142062_pg2g7ftvli.jpg Üzeyir Hacıbəylinin zəngin elmi irsinin yeni nəşri
../img/pics/medium/142063_a04c2za0y3.jpg Şərəfli yazıçı ömrü
../img/pics/medium/142061_nacp1oolv0.jpg Sən(in) olan şəhər - Şahnaz Şahin
SON XƏBƏRLƏR
19 Sentyabr 2019
18 Sentyabr 2019

Cənubi koreyalılar haqda...

Cənubi koreyalılar haqda...<b style="color:red"></b>

Aydın BAĞIROV
[email protected]

Moksvanın mərkəzindəki lüks restoranlardan birindəyik. İyunun 13-dü. Bu gözəl məkanda bizi “KİA Motors” şirkətinin nümayəndələri qarşılayır. Və elə bu qarşılanma mənim fikrimi bir anlıq da olsa sabah başlanacaq möhtəşəm futbol tədbiri – dünya çempionatının açılışından da, bizim kimi rəsmi ziyafətə qatılan digər qonaqlardan da ayırır.

Son dərəcə səliqəli geyinmiş - qara kostyumlu, qırmızı qalstuklu bu cənablar Cənubi Koreyadan olan iş adamlarıdı. Sağ əllərini ürəklərinin üstünə qoyaraq qonaqlarının hər birinin qarşısında əyilib təzim edir və nəzakətlə ziyafət zalına keçməyimizi xahiş edirlər. Burada isə qonaqları vəzifəcə və statusca o cənablardan daha üstün olan başqa biri - dünyanın nəhəng avtomobil brendi “KİA”nın CEO-su və vitse-prezidenti qarşılayır. Yenə eyni qaydada, əyilib təzim etməklə...

***

Koreyalıların qonaqları qarşısında təzim etməsinin onlarda xüsusi bir ehtiram qaydası olduğunu sonradan öyrənirəm. Amma bunadək bu millət barəsində hələ Bakıda eşitdiklərimi xatırlayıram. Necə olur koreyalılar? Biz onları daha çox çalışqan, enerjili, cəfakeş insanlar kimi tanıyırıq. Danışılanlar arasında diqqətimi bir məqam daha çox çəkir. Bu gün bəzi yaşlı koreyalıların alınlarının ortalarında yanıq izinə rast gəlmək olur. Bu iz onlarda 1950-60-cı illərdən qalıb. O dövrün kasıb koreyalıları işığa həsrət qaldıqları vaxtda gecələr şam işığında, alınlarının yanması bahasına olsa belə, kitab oxuya-oxuya savadlanıb, maarifləniblər. Və zaman gəlib, həm də bu fədakarlıqları, o şam işığında özlərinə, canlarına fiziki əziyyət, həm də işgəncə verə-verə ölkələrini qaranlıqdan aydınlığa çıxarıblar. Koreya Respublikasının bu gün dünyanın iqtisadi nəhənglərindən biri olmasına artıq heç kimin şübhəsi yoxdu, ola bilməz...



KİA-ın rəsmi ziyafətindən sonra

Sürdüyümüz brend avtomobillərdən, danışdığımız mobil telefonlara, evimizdəki televizorlara qədər və s. hamısı məhz bu xalqın, o dövlətin dünyaya bəxş etdikləridi. Amma iqtisadi tərəfdən hər nə qədər güclənsələr də, sadə ifadə etsək, bir zamanlar pul görməyib sonra varlansalar da, bu millət sadəliyini, kübarlığını, nəzakətini və istiqanlılığını qətiyyən itirməyib. Koreyalıları onları yaxından tanıyanlara sevdirən də elə bu keyfiyyətləri olub.

Gərək, qonaqpərvəliklərinə...

Koreyalılar barəsində eşidənə qədər özümüzün (həm də qonşu gürcülərin) qonağa xüsusi münasibət mənasında azsaylı örnək xalqlardan biri olduğuna şübhə yox idi. Amma demə, koreyalılar bu məsələdə belə bizi bir xeyli geridə qoyublar. Bizdə insanlar maddi imkanlarından asılı olaraq qonaq üçün 4, 5, bəzən 10 fərqli yemək hazırlaya bilərlər. Koreyalılarda isə bu rəqəm 15-20-yə çata bilər. Və onlar – sadə insanı da, yaxud varlı iş adamı, şirkəti də hər şeyin ən yüksək səviyyədə olmasına çalışırlar.

İndi də bir balaca “KİA Motors”un timsalında Koreya insanının qonağa göstərdiyi diqqəti konkret faktlarla sadalayaq.

Öncə onu qeyd edim ki, peşə fəaliyyətimlə əlaqədar indiyədək Avropanın bir çox ölkəsində fərqli dəvətlərlə səfərdə olduğumdan müqayisə etmək imkanı da rahatdı. Bu mənada, “KİA Motors”un təşkilatçılığı yaxşı mənada az-az istisnalardandı. Nədir o istisnalar?

Lap əvvəldən, təyyarədən Rusiya paytaxtına ayağımızı basdığımız ilk andan başlayaq!

Bir. Moskvada aeroporta şirkətin qonağını əynində “KİA”nın gödəkcəsi olan, amma model olduğu şübhə doğurmayan iki gözəl rus qızı qarşılayır.

İki. Hər bir ölkədən gələn qonağın (hər birindən iki nəfər olmaqla) aeroportda qarşılanıb, şəhərin mərkəzinə tələb olunan yerə çatdırılıması, səfər yekunlaşandan sonra da şəhərdən aeroporta aparılması üçün 2018-in istehsalı müxtəlif modelli KİA avtomobilləri ayrılır.

Üç.  Moskvanın mərkəzində 5 ulduzlu otelin, rəsmi tədbirlərin olmadığı günlər üçün yemək xərcini də şirkət öz üzərinə götürür.

Dörd. Açılış matçı üçün birinci kateqoriyadan olan ən baha bileti (birinin dəyəri 550 dollar) şirkət öz hesabından ödəyir.

Nəhayət, beş. Yüksək səviyyəli şəhər gəzintisi, bahalı Moskvanın ən bahalı restoranlarında təşkil olunan ziyafətlər... Və o restoranlardan biri paytaxtın yeni simalarından olan “Moskva-Siti”nin düz 84-cü mərtəbəsindədi. Moskvanın ən hündür zirvəsində. Amma bu restoranın divarına qızıl su ilə yazılmış bir cümləni oxuyanda bir daha əmin olursan ki, əslində hansısa göydələnlərin ən üst qatı da hələ zirvə demək deyil.

Çünki...

“Выше только любовь!”

Hə, zirvədə olan yalnız sevgidi – təmannasız, saf və sadiq bir sevgi.

***

Və var həm də bir millət, dövlət sevgisi. Bəs, o sevgi necə olur? Təmiz olursan, təmiz işləyirsən, millətinə, dövlətinə sadəqətlə xidmət etməklə onun başını ucaldırsan. Və beləcə o insanlara, o insanların qurduğu dövlətlə sən ürəyində və xəyallarında dost olursan.

Adı Cənubi Koreyadır o dövlətin!

Qol.az


 
MÜƏLLİFİN DİGƏR YAZILARI
Yüksələn Yüksələn "Qarabağ", enən "Neftçi"... - Aydın Bağırovun yazısı
Dörd oyun, dörd qələbə, on iki xal. Komanda on qol vurub, bir qol belə buraxmayıb....
18.09.19
“Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov “Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov
Kiprdəki oyundan iki gün sonra Rəşad Sadıqova telefon söhbətimdə deyəndə ki, sizə uduzduqdan sonra APOEL baş məşqçisini istefaya göndərib və yerinə də bir zamanlar “Borussiya” Dortmundu çalışdıran...
14.08.19
Bizim “Çelsi”... - Aydın Bağırov yazır Bizim “Çelsi”... - Aydın Bağırov yazır
“Arsenal”la “Qarabağ”ın Londonda keçirilən oyunun sonlarında yaşanan təxribat yadınızda qalıb? Bir erməni gənc Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə meydana daxil olaraq, onu açmağa...
27.05.19
UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır
Son günlər Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mediadakı siyasi müzakirələrdə bir neçə fakt qarşıma çıxmadığı üçün bu məsələyə toxunmalı olacam. Belə görünür ki,...
13.05.19
"Qarabağ"ın Anayasası - Aydın Bağırov yazır
2004-cü ilin ortalarında Tahir Gözəlin iştirakı ilə "Qarabağ" rəhbərliyinin keçirdiyi mətbuat konfransında maraqlı bir hadisə yaşandı....
12.05.19
Bakı finalına 30 min azarkeş gəlir Bakı finalına 30 min azarkeş gəlir
Avroliqanın Bakı finalında (29 may) böyük ehtimalla "Arsenal" və "Çelsi" üz-üzə gələcək. Yəni London derbisi bu dəfə Azərbaycan paytaxtında olacaq. ...
05.05.19
"Ayaks" və biz - Aydın Bağırov yazır
Əvvəlcə bu adlara diqqətlə fikir verək. Coel Veltman 27 yaş, Deyli Blind 29 yaş, Nussair Mazraui 21 yaş, Donni van de Bek 22 yaş və nəhayət, Matteys de Liqt - cəmi 19 yaş və kapitan! ...
19.04.19
Allah vergisi... - Aydın Bağırov yazır Allah vergisi... - Aydın Bağırov yazır
Bəzən futboldan doyanda üz tutduğum başqa bir idman növü olur - peşəkar boks. Futbol qədər olmasa da, hər halda həm populyarlığına, həm də kommersiya gəlirlərinə görə peşəkar boksun döyüşləri...
17.04.19
Qurban Qurbanov getməlidimi?.. Qurban Qurbanov getməlidimi?..
Danışıb tənqid etdik, tənqid etməkdə də davam edirik. Haqlı o qədər məqam var ki... Niyə bu vəziyyətə düşdü "Qarabağ"? Günahkar axtarırıqsa, uzaq məsafədən uşaqcasına qol buraxan qapıçı da...
30.11.18
Maltadan Bakıya qayıdanda... Maltadan Bakıya qayıdanda...
Millimizlə 1:1-lik heç-heçədən sonra Malta millisinin baş məşqçisi Rey Farruciya mətbuat konfransına sevinclə elə daxil oldu ki, sanki onlar bizim timsalımızda zəif komandadan deyil, az əvvəl son dünya...
11.09.18
Dani Kintananın əsaları Dani Kintananın əsaları
Elə ki, hakim oyunun bitdiyini elan etdi, o, oturduğu texniki zonadan qalxaraq hamı kimi meydana - komanda yoldaşlarının üzərinə yürüyüb "Qarabağ"ın Avroliqanın qrupuna düşməsinin sevincini qeyd etmək...
31.08.18
“Qarabağ”a nə olub? “Qarabağ”a nə olub?
Bu sualın cavabına keçməzdən öncə diqqəti üzücü bir statistikaya yönəltmək istərdim. Qurban Qurbanovun rəhbərliyi altında 2009/10 mövsümündən başlayaraq “Qarabağ” qatıldığı 11 avrokubok...
26.08.18
Vicdan məsələsi Vicdan məsələsi
Əvvəl komandası “Qarabağ” Sloveniyada “Olimpiya” ilə qarşılaşır, ertəsi səhər tezdən təyyarə onları Bakıya gətirir. Oyunun və səfərin yorğunluğu bir-birinə qarışıb. Bu vəziyyətdə, adətən,...
13.07.18
Moskva küçələrindən qeydlər Moskva küçələrindən qeydlər
Əvvəl pasportumu, dünya çempionatı üçün sənədlərimi, sonra məni diqqətlə nəzərdən keçirəndən sonra heç nə olmamış kimi sakit şəkildə deyir: ...
16.06.18
Futbolu ləkələyən qumarbazlar haqda Futbolu ləkələyən qumarbazlar haqda
Oxucuların yadında olar. Bir müddət əvvəl Zlatan İbrahimoviç Rusiyadakı dünya çempionatında oynamaq istədiyini deyəndə FİFA elə titrədi ki, elə bil bunlara neçə min voltluqsa tok qoşublar....
03.05.18
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.