../img/pics/medium/142071_2u4qlzigan.jpg Fenomenal təfəkkür sahibi
../img/pics/medium/142062_pg2g7ftvli.jpg Üzeyir Hacıbəylinin zəngin elmi irsinin yeni nəşri
../img/pics/medium/142063_a04c2za0y3.jpg Şərəfli yazıçı ömrü
../img/pics/medium/142061_nacp1oolv0.jpg Sən(in) olan şəhər - Şahnaz Şahin
SON XƏBƏRLƏR
19 Sentyabr 2019
18 Sentyabr 2019

Futbolu ləkələyən qumarbazlar haqda

Futbolu ləkələyən qumarbazlar haqda<b style="color:red"></b>

Aydın BAĞIROV
[email protected]

Oxucuların yadında olar. Bir müddət əvvəl Zlatan İbrahimoviç Rusiyadakı dünya çempionatında oynamaq istədiyini deyəndə FİFA elə titrədi ki, elə bil bunlara neçə min voltluqsa tok qoşublar.

Dedilər, İbranın hansısa bukmeyker kontoru ilə müqaviləsi var, olmaz. Hamının anlayacağı dildə ifadə etsək, FİFA-ya görə, isveçli futbolçu gizli sövdələşməyə gedərək oyunlardan “çirkli pullar” əldə edə bilər. FİFA İbrahimoviçin bu əməkdaşlığını qabartmaqla guya “futbol qumarı”na qarşı olduğunu göstərdi. Futboldan başa çıxmayan naşı adamlara da elə görünə bilərdi ki, doğrudan da, bu dünyada FİFA qədər ikinci təmiz bir qurum yoxdu.

Bəs, əslində həqiqət necədi?

Birbaşa mətləbə, faktlara keçək. Lap yaxın tarixdə, bir neçə il bundan əvvələ qədər bütün dünyanın gözü qarşısında “Real” və “Milan” kimi klublar dünyanın ən nəhəng bukmeyker şirkətlərindən olan “Bwin”i maykasında reklam edirdi. Başqa sözlə, ən yekə qumar oynadanlar bu iki böyük klubun sponsoru idi. Onda FİFA, yaxud UEFA nə edirdi? Səssiz-səmirsiz “Real”ın, “Milan”ın oyunlarını müşahidə edirdi, deyən də yox idi ki, sən niyə futbol qumarbazlarını reklam edirsən? Ən əsası bukmeyker şirkətini reklam edənlər sabah elə həmin şirkətin diqtəsi ilə çirkli oyunlarda iştirak etməzmi?

Bunu FİFA, yaxud UEFA soruşdumu? Yox!

Klublara cəza verən oldumu? Yox!

Bizim çempionatın isə rəsmi sponsoru bukmeyker şirkətidi. Buna görə AFFA-ya, yaxud PFL-ə nəsə deyən olurmu? Yenə də yox!

İndi ortaya sual çıxır - niyə?

Ümumi dünya futbolunda gedən gizli oyunlar təsdiq edir ki, futbol qumarında böyük pullar – yüz milyonlar, milyardlar qazanılır və əlbəttə, o pullardan FİFA rəsmilərinin də üzvü olduğu futbol mafiyası külli miqdarda qanunsuz gəlir əldə edir. Gəlir olmasaydı, FİFA daşı daş üstə qoymazdı. Belə olan halda onlar bukmeyker kontorlarına necə söz keçirə bilərlər?

Amma təbii ki, qumara qarşı mübarizə adı altında İbrahimoviçə irad tutmaq, qadağa tətbiq etmək, istənilən anda onu əzmək çox asandı. Çünki o, böyük oyunçu olsa da, futbolda olduqca balaca fiqurdu.

Bir halda ki, söhbət balacalardan düşdü, biz yazıya FİFA-nın kiçik modeli olan UEFA-yla yekun vuraq. Məlum, bu qurumu çox vaxt nümunə kimi göstərirdilər ki, onlar FİFA qədər korrupsiyaya bulaşmayıblar. Amma Platini ətrafındakı qalmaqaldan sonra çoxları yatmış yuxudan oyandı və əmin oldu ki, FİFA-yla UEFA elə bir medalın iki üzüdü. Ona görə də ən son bu günlər Çempionlar Liqasındakı yaşanan hoqqalar təəccüblü gəlməsin. Komandaların haqları “futbol mafiyası”nın peşkasına çevrilən bəzi hakimlərin əli ilə göz görə-görə bu qədər yeyilirsə, nəticəyə birbaşa təsir edəcək qərarlar verilmirsə, deməli, heç nə təsadüfi deyil, təsadüfi ola bilməz...

Heyf Cüneyt Çakıra!


 
MÜƏLLİFİN DİGƏR YAZILARI
Yüksələn Yüksələn "Qarabağ", enən "Neftçi"... - Aydın Bağırovun yazısı
Dörd oyun, dörd qələbə, on iki xal. Komanda on qol vurub, bir qol belə buraxmayıb....
18.09.19
“Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov “Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov
Kiprdəki oyundan iki gün sonra Rəşad Sadıqova telefon söhbətimdə deyəndə ki, sizə uduzduqdan sonra APOEL baş məşqçisini istefaya göndərib və yerinə də bir zamanlar “Borussiya” Dortmundu çalışdıran...
14.08.19
Bizim “Çelsi”... - Aydın Bağırov yazır Bizim “Çelsi”... - Aydın Bağırov yazır
“Arsenal”la “Qarabağ”ın Londonda keçirilən oyunun sonlarında yaşanan təxribat yadınızda qalıb? Bir erməni gənc Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə meydana daxil olaraq, onu açmağa...
27.05.19
UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır
Son günlər Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mediadakı siyasi müzakirələrdə bir neçə fakt qarşıma çıxmadığı üçün bu məsələyə toxunmalı olacam. Belə görünür ki,...
13.05.19
"Qarabağ"ın Anayasası - Aydın Bağırov yazır
2004-cü ilin ortalarında Tahir Gözəlin iştirakı ilə "Qarabağ" rəhbərliyinin keçirdiyi mətbuat konfransında maraqlı bir hadisə yaşandı....
12.05.19
Bakı finalına 30 min azarkeş gəlir Bakı finalına 30 min azarkeş gəlir
Avroliqanın Bakı finalında (29 may) böyük ehtimalla "Arsenal" və "Çelsi" üz-üzə gələcək. Yəni London derbisi bu dəfə Azərbaycan paytaxtında olacaq. ...
05.05.19
"Ayaks" və biz - Aydın Bağırov yazır
Əvvəlcə bu adlara diqqətlə fikir verək. Coel Veltman 27 yaş, Deyli Blind 29 yaş, Nussair Mazraui 21 yaş, Donni van de Bek 22 yaş və nəhayət, Matteys de Liqt - cəmi 19 yaş və kapitan! ...
19.04.19
Allah vergisi... - Aydın Bağırov yazır Allah vergisi... - Aydın Bağırov yazır
Bəzən futboldan doyanda üz tutduğum başqa bir idman növü olur - peşəkar boks. Futbol qədər olmasa da, hər halda həm populyarlığına, həm də kommersiya gəlirlərinə görə peşəkar boksun döyüşləri...
17.04.19
Qurban Qurbanov getməlidimi?.. Qurban Qurbanov getməlidimi?..
Danışıb tənqid etdik, tənqid etməkdə də davam edirik. Haqlı o qədər məqam var ki... Niyə bu vəziyyətə düşdü "Qarabağ"? Günahkar axtarırıqsa, uzaq məsafədən uşaqcasına qol buraxan qapıçı da...
30.11.18
Maltadan Bakıya qayıdanda... Maltadan Bakıya qayıdanda...
Millimizlə 1:1-lik heç-heçədən sonra Malta millisinin baş məşqçisi Rey Farruciya mətbuat konfransına sevinclə elə daxil oldu ki, sanki onlar bizim timsalımızda zəif komandadan deyil, az əvvəl son dünya...
11.09.18
Dani Kintananın əsaları Dani Kintananın əsaları
Elə ki, hakim oyunun bitdiyini elan etdi, o, oturduğu texniki zonadan qalxaraq hamı kimi meydana - komanda yoldaşlarının üzərinə yürüyüb "Qarabağ"ın Avroliqanın qrupuna düşməsinin sevincini qeyd etmək...
31.08.18
“Qarabağ”a nə olub? “Qarabağ”a nə olub?
Bu sualın cavabına keçməzdən öncə diqqəti üzücü bir statistikaya yönəltmək istərdim. Qurban Qurbanovun rəhbərliyi altında 2009/10 mövsümündən başlayaraq “Qarabağ” qatıldığı 11 avrokubok...
26.08.18
Cənubi koreyalılar haqda... Cənubi koreyalılar haqda...
Moksvanın mərkəzindəki lüks restoranlardan birindəyik. İyunun 13-dü. Bu gözəl məkanda bizi “KİA Motors” şirkətinin nümayəndələri qarşılayır. Və elə bu qarşılanma mənim fikrimi bir anlıq da olsa...
16.07.18
Vicdan məsələsi Vicdan məsələsi
Əvvəl komandası “Qarabağ” Sloveniyada “Olimpiya” ilə qarşılaşır, ertəsi səhər tezdən təyyarə onları Bakıya gətirir. Oyunun və səfərin yorğunluğu bir-birinə qarışıb. Bu vəziyyətdə, adətən,...
13.07.18
Moskva küçələrindən qeydlər Moskva küçələrindən qeydlər
Əvvəl pasportumu, dünya çempionatı üçün sənədlərimi, sonra məni diqqətlə nəzərdən keçirəndən sonra heç nə olmamış kimi sakit şəkildə deyir: ...
16.06.18
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.