Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Musavat.com-un məlumatına görə, tanınmış rejissor Ələkbər Muradov 65 yaşında dünyasını dəyişib. Bu barədə onun dostları sosial şəbəkədə məlumat verib.
Ələkbər Yunus oğlu Muradov 1 avqust 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda (1966-1971), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1973-1978). "Azərbaycanfilm" kinostudiyasında, AzTV-nin "Ekran" Yaradıcılıq Birliyində çalışıb. Son vaxtlar Lider TV-də işləyib. Əməkdar incəsənət xadimidir.
Ələkbər Muradov "Güllələnmə təxirə salınır", "Qərib cinlər diyarında", "Qorxma, mən səninləyəm", "Mən mahnı qoşuram" məşhur filmlərinin, eləcə də, onlarla digər ekran əsərinin rejissoru olub.