../img/pics/medium/152053_accxch6x7u.jpg Nazirlər Kabinetindən əhaliyə İran tövsiyəsi
../img/pics/medium/152044_gf164t90w8.jpg Tibbi maskaların qiymətinin artmasına münasibət - Rəsmi açıqlama
../img/pics/medium/152032_q2h4t16paq.jpg "Biləsuvar və Astara sərhədlərində təcili yardım tam hazır vəziyyətdə dayanıb"
../img/pics/medium/152031_o118fh2g7i.jpg Yaqub Mahmudovdan Paşinyana sərt cavab - Video
SON XƏBƏRLƏR
24 Fevral 2020

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - <b style="color:red">Foto </b>

Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatı keçirilib. Azərbaycan 49 ölkədən 1183 (1006 kişi, 177 qadın) idmançının mübarizə apardığı çempionatda 15 idmançı ilə təmsil olunub. Cüdo ustalarımız vətənə 5 qızıl, 1 gümüş və 1 bürünc medalla dönüblər.

Azərbaycan Cüdo Veteranları Assosiasiyasından bu barədə verilən məlumatda bildirilir ki, yığma komandaya ilk qızıl medalı M-7 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində tatami üzərinə çıxan Fərhad Rəcəbli qazandırıb. Bu, 60 yaşını Mərakeş Krallığında qeyd edən usta cüdoçumuzun veteranlar arasında dünya çempionatları tarixində sayca 9-cu qızıl medalıdır. Onu da xatırladaq ki, Fərhad Rəcəbli veteranlardan ibarət yığma komandamızın baş məşqçisi, həmçinin usta cüdoçular arasında Avropa çempionatının yeddiqat qalibidir.

Komandamıza digər qızıl medalları isə Məmməd Məmmədov (M-1, 73 kq), Mübariz Cəfərov (M-4, 81 kq), Rəsul Səlimov (M-2, 90 kq) və Elxan Rəcəbli (M-2, 100 kq) qazandırıblar.

M-2 kateqoriyasında 66 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Babayev isə yalnız finalda məğlub olaraq gümüş medala layiq görülüb.

Veteranlar arasında ikiqat dünya çempionu Müşfiq Cəfərov (M-5, 73 kq) isə bu dəfə bürünc medalla kifayətlənib.

İdmançılarımızdan Vüsal Cəfərov (M-2, 90 kq) çempionatı beşinci yerdə, Babək Hacıyev (M-3, 60 kq), Yamən Fətiyev və Azər Əsgərov (hər ikisi M-5, 100 kq) yeddici pillədə başa çatdırlıblar.

Dünya çempionatında 7 medal qazanan usta cüdoçularımız bu nəticə ilə ümumi komanda hesabında beşinci yeri tutublar. Ayrılıqda kişilərin yarışında isə Azərbaycan komandası Fransa və Rusiya komandalarından sonra üçüncü olub.

Qeyd edək ki, dünya çempionatında iştirakı Azərbaycan Cüdo Veteranları Assosiasiyası tərəfindən təmin edilən ustalarımız yarışlara “Judo Club 2012” idman klubunda hazırlaşırlar.


 

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto

Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto

Şəkil sayı: 9

 
Bölmənin digər xəbərləri
Milli Paralimpiya Komitəsinin rəhbərliyində dəyişiklik olub Milli Paralimpiya Komitəsinin rəhbərliyində dəyişiklik olub
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) rəhbərliyində dəyişiklik olub. ...
21.02.20
“Tokio-2020” Olimpiya Oyunları ilə bağlı oyuncaqlar satışa çıxarılıb “Tokio-2020” Olimpiya Oyunları ilə bağlı oyuncaqlar satışa çıxarılıb
Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə ABŞ-ın “Mattel” oyuncaq şirkəti arasında imzalanan razılaşmaya əsasən, “Tokio-2020” Yay Olimpiya Oyunlarına həsr olunun oyuncaqların ilk partiyası satışa...
19.02.20
Futbolumuzda yeni istedad göründü - Aydın Bağırovun yazısı Futbolumuzda yeni istedad göründü - Aydın Bağırovun yazısı
Premyer Liqamızın 17-ci turunun ötən bazar günü keçirilən "Səbail" - "Qəbələ" qarşılaşmasını, rəsmi protokola əsasən, stadiondan 650 tamaşaçı izləyirdi. Bəli, say azdır, olmaqda da...
19.02.20
Messi və Hamilton eyni mükafatı qazandı Messi və Hamilton eyni mükafatı qazandı
"Laureus World Sports Awards" mükafatının sahibləri müəyyənləşib. ...
18.02.20
Kolumbiyanın səfiri: Azərbaycanda idmana böyük diqqət göstərilir Kolumbiyanın səfiri: Azərbaycanda idmana böyük diqqət göstərilir
Azərbaycanda idmana böyük diqqət göstərilir. ...
16.02.20
Nazim Babayev Balkan ölkələrinin çempionatında qızıl medal qazanıb Nazim Babayev Balkan ölkələrinin çempionatında qızıl medal qazanıb
Atletika üzrə Azərbaycan millisi Türkiyənin İstanbul şəhərində keçirilən Balkan ölkələrinin çempionatında çıxış edib. ...
15.02.20
Zakari Qross: Azərbaycan dünya idmanında vacib rol oynayır Zakari Qross: Azərbaycan dünya idmanında vacib rol oynayır
Azərbaycanda müntəzəm olaraq müxtəlif idman tədbirləri keçirilir. Biz ölkənin dünya idmanında vacib rol oynadığını görürük. ...
15.02.20
"O çətin dövrdə başqa kluba keçsəydik, "Qarabağ" dağılardı" - Müsahibə
Bu gün Azərbaycan futbolunun əfsanələrindən biri, uzun illər "Qarabağ"da oynayan və komandanın kapitanı olmuş Müşfiq Hüseynovun 50 yaşı tamam olur. Qol.az saytı bu əlamətdar gün münasibəti ilə...
14.02.20
Elçin Cəfərov: “Ölkə rəhbərliyinin təbriki idmançılarımızın qələbəsinə verilən ən yüksək qiymətdir” Elçin Cəfərov: “Ölkə rəhbərliyinin təbriki idmançılarımızın qələbəsinə verilən ən yüksək qiymətdir”
İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə Azərbaycan yığması bu gün Vətənə qayıdıb. ...
14.02.20
Üç erməni idmançını məğlub edən Bakı məktəblisi Üç erməni idmançını məğlub edən Bakı məktəblisi
Paytaxt məktəblisi İranda keçirilən beynəlxalq yarışda böyük uğura imza atıb. ...
13.02.20
Mehriban Əliyeva Azərbaycan yığmasını təbrik edib Mehriban Əliyeva Azərbaycan yığmasını təbrik edib
Azərbaycan I vitse-prezidenti Mehriban Əliyeva İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında uğur qazanan güləşçiləri təbrik edib. ...
13.02.20
İlham Əliyev milli komandamızı təbrik etdi İlham Əliyev milli komandamızı təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionatında uğur qazanan yunan-Roma güləşi üzrə milli komandamızı təbrik edib. ...
13.02.20
AVRO-2020: Türkiyə və Uelsdən sonra İsveçrə də toplanış üçün Bakını seçib AVRO-2020: Türkiyə və Uelsdən sonra İsveçrə də toplanış üçün Bakını seçib
Bu il keçiriləcək AVRO-2020 ilə bağlı dəyişiklik baş verib. ...
12.02.20
Azad Rəhimov: “Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi böyük sınaqdır” Azad Rəhimov: “Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi böyük sınaqdır”
“Böyük miqyaslı idman yarışları ölkəyə 3 istiqamətdə xeyir verə bilər: kadr potensialı, infrastruktur və turizm”. ...
12.02.20
İki erməniyə qalib gələn Azərbaycan güləşçisi Avropa çempionu olub İki erməniyə qalib gələn Azərbaycan güləşçisi Avropa çempionu olub
Azərbaycan yunan-Roma güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında qızıl medal qazanıb. ...
11.02.20
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.