https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg DAĞLAR, ÇAYLAR, AĞACLAR, ÇİÇƏKLƏR KİMİ SAF - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2024-05/312959_5jwodb5ftj.png "Keçmiş tələbələrimiz bu gün auditoriyaya müəllim kimi daxil olurlar"
https://525.az/img/pics/medium/2024-05/312916_nxmkeus5vg.jpg “525-ci qəzet”in 8 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-05/312904_in59prssad.jpg Musiqi mədəniyyətimizin unudulmaz nümayəndəsi
search
8 May 2024

Konte: “Bizim üçün çətin oyun olacaq”

Konte: “Bizim üçün çətin oyun olacaq”

“Son bir həftədə yaxşı məşqlər keçdik”.

Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya yığmasının baş məşqçisi Antonio Konte deyib. 

“Skuadra Adzurra” Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan yığmasının qonağı olacaq.

Konte qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında sözlərinə bu cür davam edib:

“Xoşagəlməz hadisə Pirlonun məşq zamanı zədə almasıdı. O, sabah oynamayacaq. Ancaq əsas sabahkı oyundu”.

- Məşqlə bağlı şübhəniz var?

- Xeyr, heç bir şübhəm yoxdu. Hər şey normaldı. Sabah meydana çıxıb qələbə qazanmağa çalışacağıq.

- Bir il əvvəl demişdiz ki, bu yolda təkəm. İndi necədi vəziyyət?

- Sizin də dediyiniz kimi, bir il keçib. Artıq fikirlər dəyişib. İndi enerjimizi toplayıb qarşıdakı oyunlara yönəltməliyik. Qarşıda Avropa çempionatı var. Bütün diqqətimizi ona cəmləmişik.

- Sabah aqressiv İtaliya görəcəyik?

- Bizim üçün çətin oyun olacaq. Xorvatiya və Norveçlə heç-heçə və Malta üzərində qələbədən belə qənaətə gəlmək olar ki, Azərbaycan yığması güclüdü. Yeni baş məşqçi ilə daha da güclənib. Amma bizim hədəfimiz qələbə qazanmaqdı. Ümid edirik ki, sabah final mərhələsi məsələsini yekunlaşdıracağıq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.