Qlobal dəyər böhranı və gələcəyin geosiyasi gücü - milli kimlik
“525-ci qəzet”in 5 iyun sayında nələr var? - ANONS
Qapımızı döyən qlobal təhlükə
“Xoş halıma ki, Ağdamın ilk vokalisti olmaq mənim qismətimə düşdü” - VİDEO ANONS
Haqqımızda
|
Əlaqə
|
Mobil versiya
|
Köhnə 525
|
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
COP29
Mədəniyyət
İdman
Dünya
Qarabağ
Ədəbiyyat
Digər
"525" - 30
Müsahibə
Region
Rəsmi
Şou-biznes
525-ci qəzetə yubiley təbrikləri
"525" - 25
Faydalı
Media
Turizm
Maraqlı
Təhsil
Texnologiya
Son xəbərlər
5 İyun 2026
10:13
“Liverpul” yeni baş məşqçisini açıqladı
10:10
Prezident İlham Əliyev Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik edib
10:07
Rumıniyada yeni Baş nazir
10:00
Qlobal dəyər böhranı və gələcəyin geosiyasi gücü - milli kimlik
09:52
Azərbaycan nefti ucuzlaşıb
09:43
Nigeriyada naməlum silahlılar 7 tələbəni oğurladı
09:37
Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
09:35
Qızıl və gümüş yenidən ucuzlaşıb
09:24
İyunun 8-i keçiriləcək qəbul imtahanında indiyə qədər 28 mindən çox abituriyent
qeydiyyatdan keçib
09:20
Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq
09:18
Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisi
olmayacaq
09:14
Dünya bazarlarında neftin qiyməti artıb
09:13
“Ulduz” jurnalının şöbə redaktoru vəfat edib
09:07
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
09:00
Məcburi köçkünlərə dövlət dəstəyinin yeni modeli
4 İyun 2026
22:13
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
22:00
“525-ci qəzet”in 5 iyun sayında nələr var? -
ANONS
20:55
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
20:38
KMBİ bankların adından saxta kredit səhifələri yaradan şəxsləri saxlayıb
19:26
Azərbaycan-İran ikitərəfli münasibətləri müzakirə olunub
19:14
Ceyhun Bayramov Qırğızıstanı BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib
18:59
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb
18:38
Gənclər və idman naziri Neftçala və Salyan rayon sakinlərini qəbul edib
18:32
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
18:19
Füzulidə 120 kq yararsız ət aşkarlanıb
18:11
Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə ediblər
18:00
Qapımızı döyən qlobal təhlükə
17:57
Binəqədidə kranda köməksiz qalan şəxs xilas edilib -
VİDEO
17:54
“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı başa çatıb
17:51
Bahar Muradova Şuşada vətəndaş qəbulu keçirəcək
17:48
Azərbaycan Belarusla qarşılıqlı ticarətin artım potensialını müzakirə edib
17:45
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:42
"Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil" -
Leonid Kuçma
17:36
Azərbaycan və Slovakiya KOB-ları yeni əməkdaşlıq imkanlarını araşdırır
17:33
Akademik İsmayıl Hacıyevin biblioqrafiyası nəşr olunub
17:31
Bəhreynin Baş naziri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
17:28
Qətər Əmiri Prezident İlham Əliyevi təbrik edib
17:25
ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransından Azərbaycan liderinə
təbrik ünvanlanıb
17:19
“Avropa Şəhərciyi-2026” -
Avropa İttifaqı Gəncədə
17:13
Keşlədə obyektdə yanğın söndürülüb -
YENİLƏNİB
17:07
Bir qrup din xadimi Qarabağ və Şərqi Zəngəzurdakı məscidləri ziyarət edib
17:00
“Əgər”lə yaşasaydım, bəlkə də nə bu yaşa çata, nə də bu peşənin sahibi ola bilərdim” -
Fəxrəddin Manafov
16:58
"Bir neçə ildən sonra repetitorluğun bir qədər səngiməsini müşahidə edəcəyik" -
Ekspert
16:54
Tehran keçid üçün deyil, Hörmüzdə xidmətlərə görə ödəniş tələb edəcək
16:50
"Bu cür uyğunsuzluqlar son nəticədə sürücü ilə sərnişin arasında narazılıq yaradır" -
Mütəxəssis rəyi
16:48
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb
16:42
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir
16:36
Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət yetirmək tövsiyə edilir -
DGK
16:31
Qazaxıstan Qəzzanın bərpasında iştiraka hazır olduğunu təsdiqləyib
16:25
Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərilib -
YENİLƏNİB
16:19
Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib
16:13
ADSEA-ya məxsus "Monitorinqlərin Elektron İdarəetmə Sistemi" təqdim edilib
16:07
Heydər Əliyev prospektində qəza olub, sıxlıq yaranıb
16:00
"Tayvan siyasəti Esvatininin beynəlxalq təcridinə səbəb ola bilər” -
Çin XİN
15:54
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
15:48
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib
15:42
Aİ Ermənistana 50 milyon avroluq yardım paketi hazırlayır
15:36
"Müəllimlik missiyası yenidən formalaşır"
Təhsil eksperti
15:31
Vaqif Hüseynovun anadan olmasının 90 illiyi münasibətilə anım tədbiri keçirilib
15:25
Energetika naziri Ağdamda vətəndaşları qəbul edəcək
15:19
Deputat Elnarə Akimovanın maarifçilik layihəsi Sumqayıtda böyük maraq doğurdu
15:13
“Aİ Rusiyanın məhdudiyyətləri fonunda Ermənistana əlavə dəstək verəcək” -
Səfir
15:07
"ASAN xidmət" və IDEA uşaqlar üçün yay düşərgəsi layihəsini həyata keçirib
15:00
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib -
VİDEO
14:54
"Rəqəmsal keçid müqavimətlə qarşılaşır" -
Nəqliyyat ekspert
14:48
ABŞ Maliyyə Korporasiyası TRIPP şirkətinin yaradılmasını təsdiqləyib
14:42
“Xoş halıma ki, Ağdamın ilk vokalisti olmaq mənim qismətimə düşdü” -
VİDEO ANONS
14:36
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda, arpa və gübrə göndərilib -
YENİLƏNİB
14:31
Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək
14:25
ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək
Son xəbərlərin davamı »
Azərbaycan ədəbiyyatında sufizm
Yazar
Oxunub:
9336
dəfə
a
-
A
+
31.12.12 15:00
Gülşən ƏLİYEVA-KƏNGƏRLİ
Filologiya elmləri doktoru, professor
filologiya
elmləri
doktoru
,
professor
Böyük
fars
şairi
,
farsdilli
qəzəlin
dahi
yaradıcısı
Hafiz
Şirazinin
özünün
“
piri
–
təriqəti
”
sayaraq
qəzəllərinə
nəzirələr
yazdığı
Marağalı
Əvhədi
(1274-1338)
Azərbaycan
sufi
ədəbiyyatının
böyük
mütəfəkkirlərindən
biridir
.
Məşhur
Marağa
rəsədxanasının
güclü
fəaliyyət
göstərdiyi
dövrlərdə
yüksək
təhsil
alıb
dərin
bilik
qazanmış
Əvhədi
çoxlu
səyahət
etmiş
1333-
cü
ildə
59
yaşında
Marağaya
qayıdaraq
Nizami
və
Sənayi
ənənələri
möcibincə
özünün
“
Cami
-
cəm
” (“
Cəmşidin
Camı
”)
didaktik
–
əxlaqi
məsnəvisini
yazmışdır
.
“
O
,
bir
alim
kimi
elmi
məsələlərə
girişir
,
kainatın
yaradılması
,
mədən
,
bitki
,
heyvan
və
insanın
yaradılmasından
elmi
söhbət
açır
.
Kitabın
üç
hissədən
ibarət
birini
buna
həsr
edir
...
Kitabın
əvvəlindən
axırına
qədər
elmə
mədhiyyə
oxuyur
...
Övlad
tərbiyəsi
məsələsi
üzərində
şair
çox
dayanır
” (
Yusifli
Xəlil
. “
Marağalı
Əvhədi
və
onun
“
Cami
-
cəm
”
poeması
”,
Marağalı
Əvhədi
.
Cami
-
cəm
.
Bakı
, “
Lider
”
nəşriyyatı
, 2004,
s
.5).
“
Cami
-
cəm
”
poetik
baxımdan
Nizami
Gəncəvinin
,
nəzəri
–
fəlsəfi
baxımından
Ş
.
M
.
Şəbüstərinin
yolunu
davam
etdirir
.
Məsələn
,
Şəbüstəri
“
Onuncu
sualın
“
Qayda
”
sında
yazırdı
: “
Gözəl
xasiyyətlərin
birinci
şərti
ədalətdir
//
Ondan
sonra
isə
hikmət
,
iffət
(
paklıq
)
və
şücaətdir
”.
Marağalı
Əvhədi
isə
yazır
:
Əgər
bilməsə
də
təfsir
,
nəhv
,
hikmət
Sən
şahdan
,
vəzirdən
,
istə
ədalət
.
Onun
ədalətli
şah
,
ümumiyyətlə
ədalətin
fəzilətləri
haqqında
fikirləri
dahi
Nizaminin
ədalətli
şah
və
kamil
insan
haqqında
fəlsəfi
görüşləri
ilə
yaxından
səsləşir
.
Şəriətdən
tutmuş
məişətədək
bir
çox
mətləbləri
xırdalıqlarına
qədər
çözələyən
bu
poemada
Marağalı
Əvhədinin
sufi
baxışları
əsərin
ikinci
fəslinin
ikinci
balında
yer
alır
.
Bu
hissə
poemanın
həcmcə
üçdə
birindən
artığını
təşkil
edir
.
Fəqət
,
həmişə
olduğu
kimi
,
söhbət
həcmdə
deyil
mahiyyətdədir
.
Poemanın
“
Mürşid
və
rəhbər
axtarmaq
haqqında
”
adlı
bölümündə
Mürşid
(
Siddiq
)
axtarmağa
çağırır
:
Mən
düz
göstərirəm
Siddiq
yolunu
Bir
öyrən
,
hardadır
,
çalış
gör
onu
Dünya
o
paklardan
deyildir
uzaq
Sən
nə
oturmusan
yaslılar
sayaq
Xəzinə
gizləmiş
burada
hər
bucaq
Birdə
sənin
yerin
yox
burda
ancaq
Hər
kəs
ki
,
bu
yolu
elmsiz
gedər
Onun
fərmanına
kim
ürək
verər
Bu
məstlik
çağında
bir
rəhbər
gərək
Lazımdır
tapasan
bir
yol
göstərən
Onun
kölgəsində
oturasan
sən
.
Səninçin
vacibdir
ağıllı
bir
zat
,
Çatsan
beləsinə
ona
əl
uzat
.
Tədqiqatçı
yazır
: “
İnkarolunmaz
həqiqətdir
ki
,
Əvhədi
sufizmə
meyl
edən
şairlərdən
olmuşdur
.
Onun
poemasında
sufizmlə
bağlı
fikirlər
çoxdur
...
Qəribə
burasıdır
ki
,
sufizmi
bəzən
yanlış
olaraq
tərkidünyalıq
,
mütilik
təbliğ
edən
bir
cərəyan
kimi
tanıyırlar
.
Halbuki
çox
mürəkkəb
və
bir
çox
qolları
olan
sufizm
əslində
hakim
dinə
,
feodal
ideologiyaya
qarşı
müxalifətin
,
xalq
etirazının
ifadə
formalarından
biri
olmuşdur
...
Əvhədi
də
poemasında
insanı
bu
məqama
(“
mənəm
Allah
”
məqamına
)
layiq
və
qadir
olduğunu
göstərmişdir
” (
Səfərli
Ə
.,
Yusifli
X
.
Azərbaycan
ədəbiyyatı
tarixi
.
Bakı
, 2008,
s
.264).
M
.
Əvhədi
şeyxin
və
müridin
sifətlərini
belə
nəqş
edir
:
Din
elmi
lazımdır
şeyxə
,
şəriət
Bir
də
ki
,
düz
,
sağlam
,
mətin
bir
hikmət
.
Təmiz
,
müşk
ətirli
bir
nəfəs
gərək
Quruluqdan
uzaq
baş
,
beyin
,
ürək
.
Könlünü
qan
ilə
bəsləmiş
olsun
Həfsini
öldürüb
,
qan
yemiş
olsun
.
Allahın
istəyi
,
iradəsiylə
Hər
şeyi
yerində
gətirər
dilə
.
Bədəni
zindanda
,
ruhu
göydədir
Üzündə
,
gözündə
gülüş
rəqs
edir
.
M
.
Əvhədi
insanı
nəfsini
öldürməyə
tövbə
etməyə
çağırır
.
Tövbəylə
günahdan
kənar
olsan
,
zahirin
də
batinin
də
nura
boyanar
deyir
:
Alim
nə
öyrənib
bilsə
-
dəftərdən
,
Mömin
onu
üzdən
oxuyur
həmən
.
Gözü
Haqq
nuru
ilə
görən
bir
ürək
,
Pərdə
arxasında
nə
var
görəcək
.
Əvhədi
deyir
ki
,
kişinin
başı
o
vaxt
ucalar
ki
,
onun
nəfsinin
başı
aşağı
olsun
, “
Tərk
etsin
çoxluğu
,
sayı
aşikar
//
Rədd
etsin
Allahdan
başqa
hər
nə
var
”.
Şair
nəhayətdə
bu
qənaətə
gəlir
ki
,
xəlvətin
mənasını
anlamaq
“
Hillədə
tək
,
azad
olmaq
üçün
”
aşağıdakı
qırx
yaman
xisləti
tərk
etmək
lazımdır
:
Təkəbbür
,
mənəmlik
,
özünü
çəkmək
,
Qafillik
,
sərxoşluq
,
hiylə
,
qəzəb
,
şəkk
,
Tərəddüd
,
paxıllıq
,
kələk
,
kin
,
tamah
,
Yalançı
,
saxtakar
,
vəfasız
olmaq
,
Şəhvət
,
naz
,
yüngüllük
,
ağırlıq
etmək
,
Pozğunluq
,
nankorluq
,
insan
incitmək
,
İsrar
,
böhtançılıq
,
bir
də
fitnə
,
lağ
,
Fırıldaq
,
qan
içmək
,
riya
və
nifaq
,
Hirs
,
ikiüzlülük
,
acgözlük
,
həsəd
,
Zülüm
,
cövr
,
cəfa
,
süstlük
və
nifrət
–
Hər
nə
söylədimsə
ondan
qaç
uzaq
,
Onların
əksiylə
məşğul
ol
ancaq
.
Buna
yiyələnib
onlardan
qaçan
Ölkəyə
vəlidir
,
həm
vali
inan
.
Bu
xislətlərdən
xilas
olmaq
sufiliyin
başlıca
şərtidir
və
təbii
ki
,
ancaq
bu
mənfi
xislətlərdən
təmizlənmiş
adam
Allahın
dərgahına
yaxınlaşa
,
onunla
qovuşa
bilər
.
Böyük
sələfi
Nizami
kimi
M
.
Əvhədi
də
eşqi
insan
kamilliyinin
başlıca
əlaməti
hesab
edirdi
.
Azərbaycanda
XIII
-
XVI
yüzilliklərdə
xüsusilə
geniş
yayılmış
sufizm
cəmiyyətin
həyat
tərzinin
fəallaşmasında
əhəmiyyətli
rol
oynayırdı
.
Xanəgahlar
sadəcə
təriqət
başçılarının
,
mürşidlərin
zikr
etdikləri
yerlər
deyil
,
cəmiyyət
həyatını
hərəkətə
gətirən
elm
-
irfan
mərkəzləri
idi
.
Sufizmin
Azərbaycanda
fəal
qolu
olan
Vəhdəti
-
vücud
insana
diqqəti
artırmış
,
onu
ilahi
varlıq
kimi
vəsf
etməyə
başlamışdır
.
Hələ
dahi
Nizamidən
,
erkən
sufilərdən
gələn
kamil
insan
konsepsiyası
sufizmdə
ilahi
insan
həddinə
–
son
həddə
qədər
yüksəldi
.
Sufi
təlimlərin
əsasında
əxlaqi
kamillik
və
mənəvi
saflıq
ideyası
durur
,
özünə
,
nəfsinə
qalib
gəlmək
,
özünü
təmizləmək
bu
sırada
əsas
yer
tuturdu
.
Bədii
–
fəlsəfi
bir
cərəyan
kimi
sufizm
həm
bəzi
təzyiqlərdən
qorunmaq
,
həm
də
dərin
mənaları
ifadə
etmək
üçün
poeziyada
yeni
forma
axtarışları
aparır
,
bədii
–
poetik
ifadə
imkanlarını
genişləndirir
,
ədəbiyyatın
obrazlılığı
artırdı
.
Bu
proses
Füzuli
poeziyasında
öz
zirvə
məqamına
çatmışdır
.
“
Sufilik
erkən
islam
dövründə
nəzəriyyə
kimi
deyil
,
həyat
tərzi
kimi
yaranmışdır
”
kimi
bir
başlanğıcdan
çıxış
edən
Rəhim
Əliyev
sufizmin
panteizmlə
–
vəhdəti
vücudla
(
İbn
Ərəbi
təlimi
ilə
–
G
.
Ə
.
K
.)
dil
tapmasının
səbəbi
haqqında
yazır
: “
Axı
islam
Allahı
əlamətsiz
idi
,
çox
mücərrəd
idi
və
bu
onun
savadsız
adamlar
arasında
təbliğinə
çətinliklər
yaradırdı
...
Sufilər
deyirdilər
:
dünya
Allahın
əmri
ilə
yaranıbsa
,
o
hər
şeyin
səbəbidirsə
,
deməli
hər
şeydə
,
görünən
bütün
vücudlarda
Allahın
əlamətlərinin
olması
təbiidir
.
Beləcə
sufilərdə
Allahın
sadə
,
ən
savadsız
adamlara
izah
oluna
bilən
bir
formulası
yarandı
.
Allah
–
görünən
və
görünməyən
vücudatın
cəmidir
.
Allah
vəhdəti
–
vücudatdır
...
Müsəlman
sufilər
Allahın
birliyinə
ehkam
kimi
heç
zaman
şübhə
etməyiblər
.
Onlar
üçün
vəhdəti
–
vücud
dünyanın
gözəlliyindən
Allahın
gözəlliyini
və
onun
xaliqlik
qüdrətinin
gücünü
anlamaq
və
duymaq
forması
idi
” (
Sufi
və
irfan
terminləri
haqqında
. “
Ədəbiyyat
qəzeti
”. 6
avqust
, 2010).
R
.
Əliyevin
sufi
və
irfan
anlayışlarına
yanlış
münasibətlə
bağlı
bir
fikri
də
maraq
doğurur
.
O
,
yazır
: “
Guya
Allahı
ağılla
dərk
edənlər
sufidir
,
intuisiya
ilə
dərk
edənlər
irfanidir
.
Gülünc
bölgüdür
...
bütün
dinlərdə
Allaha
ağılla
deyil
,
ürəklə
sufi
dilində
desək
,
eşqlə
bağlanmaq
daha
üstün
hesab
olunur
.
İslamda
buna
“
sidq
”
deyilir
,
lakin
mənası
elə
ürəklə
bağlanmadır
”.
Nüfuzlu
mənbələr
qeyd
edir
ki
,
sufizmə
görə
Allahı
ağılla
dərk
etmək
olmaz
.
Ağıl
Allahın
insana
yerdə
yaşamaq
,
yer
həqiqətlərini
dərk
etmək
üçün
verdiyi
imkandır
.
Allaha
yetmək
üçün
isə
bütün
yer
əşyalarından
xilas
olmaq
,
tamahlardan
təmizlənmək
,
mənfi
xislətlərdən
azad
olmaq
lazımdır
.
Məntiqdən
kənara
çıxan
mətləbləri
dərk
etmək
sufiliyin
başlıca
şərtidir
.
İlahi
–
səmavi
həqiqətləri
dərk
etməyin
öz
“
məntiqi
”
var
.
Məsələn
,
niyə
bir
adam
istedadlı
olur
?!
Dahi
bəstəkar
musiqisini
haradan
eşidir
?!
Niyə
sevənlər
dünyanı
başqa
gözlə
görürlər
?!
Ekstaz
həddində
insan
niyə
görmür
,
eşitmir
və
hiss
etmir
?!
İnsanın
varlığına
ilahi
həqiqətləri
dərk
etmək
imkanı
veriləndə
o
özü
də
ilahiləşir
,
Allaha
çevrilir
.
Nəsimi
yazırdı
:
Daim
ənəlhəqq
söylərəm
,
həqdən
çü
Mənsur
olmuşam
Kimdir
məni
bər
-
dar
edən
,
bu
şəhrə
məşhur
olmuşam
Qibləsiyəm
sadiqlərin
,
məşuqiyəm
aşiqlərin
Məqsudiyəm
layiqlərin
,
çün
beyti
məmur
olmuşam
.
Sadiqlərin
qibləsi
–
yəni
Allaha
qovuşanların
,
allahlaşanların
qibləsi
olmaq
,
hətta
daha
önə
keçmək
demək
deyilmi
?!
Sufi
olmağın
birinci
şərti
özünü
dəf
etmək
,
özünə
qalib
gəlməkdir
.
Özünə
qalib
gəlmək
üçün
ən
əvvəl
nəfsinə
qalib
gəlməlisən
.
Ərəb
sözü
olan
nəfs
lüğətlərdə
insandakı
heyvani
hiss
,
şəhvət
hissi
kimi
mənalandırılır
.
Klassik
ədəbiyyatda
tez
-
tez
“
nəfsi
–
əmmarə
”
işlənir
ki
,
mənası
nəfsin
əmri
,
nəfsin
çağırışı
,
nəfsin
qulu
deməkdir
.
Öz
“
nəfsi
–
əmmarəsinə
”
qalib
gəlmək
salikin
birinci
vəzifəsidir
.
Lakin
nəfsə
qalib
gəlmək
,
bəzilərinin
düşündüyü
kimi
,
heç
də
dünya
malından
tamamilə
imtina
etmək
deyil
.
İnsan
yaşamaq
üçün
lazım
olduğu
qədər
dünya
nemətlərindən
istifadə
etməlidir
.
Əsas
məsələ
isə
dünya
malına
aludə
olmamaq
,
ondan
asılı
vəziyyətə
düşməməkdir
.
Maddi
həyatdan
mənəvi
həyata
keçmək
üçün
dünya
malından
imtina
etmək
gərəkdir
ki
,
məhz
bunun
üçün
də
insan
öz
nəfsinə
qalib
gəlməyi
bacarmalıdır
.
Maddi
maraq
,
dünya
malına
hərislik
olan
qəlbdə
mənəvi
saflıq
yuva
bağlaya
bilməz
.
Maddi
olan
hər
şey
insanın
bədəninə
xidmət
edir
.
Bədən
isə
ruhun
qlafıdır
,
o
ruhu
əzizləmək
və
qorumaq
üçün
yaranıb
.
Ruh
çıxan
kimi
bədən
bütün
gözəlliyini
,
mahiyyətini
itirir
.
Bəli
,
tamamilə
doğrudur
,
Allah
insanı
bir
dəfə
yaradır
,
insan
dünyaya
bir
dəfə
gəlir
.
Lakin
Allah
insana
qeyri
–
adi
imkanlar
–
düşünən
beyin
,
danışan
dil
,
görən
göz
,
dünyanı
gəzən
ayaqlar
,
möcüzə
yarada
bilən
əllər
,
duymağı
və
sevməyi
bacaran
qəlb
,
dad
və
iy
bilmə
,
hətta
yuxu
görmə
imkanları
verir
.
Bütün
bunların
sayəsində
insan
özü
-
özünü
dəfələrlə
yaratmağı
bacarmalıdır
.
Çünki
Allah
ona
sehri
Tanrıdan
başqa
heç
kimə
məlum
olmayan
ilahi
bir
vergi
–
İstedad
verir
.
Sufizmin
tarixində
əsas
dönüşlərdən
birini
nəxşibəndi
təriqəti
yaratdı
.
Sufizmin
erkən
mərhələsində
bu
fani
maddi
dünyaya
bağlanmamaq
üçün
,
ondan
imtina
edən
tərki
–
dünya
(
asket
)
dərvişlər
,
kobud
desək
artıq
avara
bir
həyat
sürməyə
başlamışdılar
.
Xatırladaq
ki
,
sufizm
əslində
Məhəmməddən
sonra
xilafəti
idarə
edən
üçüncü
xəlifənin
–
Ömərin
dövründə
mali
–
bərabərsizliyə
etiraz
əlaməti
olaraq
meydana
gəlmiş
bir
cərəyan
idi
.
Bu
minvalla
da
dünya
malından
imtina
nəfsin
öldürülməsi
və
nəfsə
qalib
gəlmək
yolunda
ilk
addım
idi
.
Fəqət
,
bu
dərvişliyin
sürətlə
artdığı
dövrdə
elə
bir
həddə
gəlib
çatdı
ki
,
çiyni
heybəli
,
yun
əbalı
dərvişlər
qapı
-
qapı
gəzib
dilənməyə
başladılar
.
Bu
əslində
sufizmin
paklıq
və
ülviyyət
kanonlarına
zidd
idi
.
Belə
olanda
İmam
Cəfəri
Sadiqin
nəslindən
olan
Buxaralı
Bəhaüddun
Şahi
Nəxşnbənd
(1318-1388) “
Əvvəl
zəhmət
,
sonra
məhəbbət
!”
şüarını
irəli
sürdü
.
Bu
şüar
sufilərin
başını
torpağa
əydi
.
Xeyr
,
onları
ilahi
məqsədlərdən
,
Allah
eşqindən
ayırmadı
.
Sufizmə
xüsusi
bir
forma
verdi
.
Avara
dərvişlərə
anlatdı
ki
,
əkin
–
biçin
,
təsərrüfat
da
Allah
buyruğudur
.
Burada
nəfs
yoxdur
.
Nəfs
insana
yaşamaq
üçün
lazım
olandan
artığını
(
heyvani
bir
şəhvətlə
)
iddia
etməkdir
.
Əlbəttə
,
burada
müəyyən
ziddiyyətlər
də
var
.
Fəqət
,
nəxş
bəndlik
sufi
dərvişləri
bir
yerə
topladı
,
dağılmağa
qoymadı
,
onların
fikrini
əqidəyə
və
Allahın
verdiyi
nemətlərə
yönəltdi
.
Nəxşi
bəndlik
sufizmi
bir
əli
torpaqda
,
bir
əli
haqda
yaşadan
təlim
və
təriqət
idi
.
lll
Sufizm
möcüzələr
və
müəmmalarla
doludur
.
Lakin
sufi
mürşidlərə
möcüzə
göstərmək
qadağan
olunmuşdur
.
Çünki
möcüzə
göstərmək
Allahın
işinə
qarışmaqdır
ki
,
bu
isə
böyük
günah
idi
.
Mənsur
Həllacı
edamına
fitva
o
möcüzə
göstərdiyinə
görə
verilmişdir
...
Bir
gün
gənc
Fəridəddin
Əttar
öz
dükanında
oturubmuş
.
Birdən
bir
sufi
dərviş
ona
yaxınlaşır
və
soruşur
: “
Sən
necə
ölmək
istəyirsən
?”
Əttar
bu
gözlənilməz
suala
belə
cavab
verir
: “
Sən
necə
mən
də
elə
”.
Sufi
dərviş
cibindən
bir
dəmir
parçası
çıxarır
,
ya
Allah
deyib
vurur
başına
və
ölür
.
Bu
hadisə
F
.
Əttarı
sarsıdır
,
həyatını
alt
-
üst
edir
və
dönüb
sufizmlə
məşğul
olur
.
Böyük
elmi
irfan
təlimi
alandan
sonra
“
İlahinamə
”
və
“
Məntiqüt
-
teyr
”
traktatlarını
yazır
...
Şərq
–
Azərbaycan
ədəbiyyatında
sufizmi
hürufizmsiz
–
Fəzlullah
Nəiminin
nəzəriyyəsi
və
İmadəddin
Nəsiminin
poeziyası
olmadan
bütöv
şəkildə
təsəvvür
etmək
olmaz
.
Hürufizmin
nəzəriyyəsini
Fəzlullah
Nəimi
Təbrizi
Astorabadi
(1329-1394)
poetik
zirvəsini
Seyid
Əli
İmadəddin
Nəsimi
(1369-1417)
yaratmışdır
.
Onun
“
Cavidannamə
”, “
Məhəbbətnamə
”, “
Ərşnamə
”, “
Nəsihətnamə
” , “
Növminamə
”
və
şeirlər
“
Divanı
” (
Heç
biri
farscadan
dilimizə
tərcümə
olunmayıb
!)
əsərlərində
sufi
təriqət
olan
hurifizmin
nəzəri
mahiyyəti
izah
olunur
. “
Cavidnamə
”
lər
altı
kitabdan
ibarətdir
,
onun
birincisini
“
Cavidani
Kəbir
”
i
Fəzlullah
,
qalanları
müridiləri
yazmışlar
.
Hürufizmə
görə
Allah
iki
formada
təzahür
edir
: 1.
İnsanda
2.
Sözdə
-
Quranda
(
Allahın
sözündə
).
Allahın
insanda
təzahürünün
üç
mərhələsi
var
:
1.
Nəbüvvət
peyğəmbərlik
; 2.
vəlayət
–
ilahi
himayədarlıq
; 3.
üluhiyyət
–
ilahilik
!
Nəbbüvvət
–
Məhəmməd
Əleyhyüssəlamla
başa
çatır
.
İlahi
himayədarlar
şiə
imamlarıdır
.
Nəimi
axırıncı
himayədir
,
birinci
canlı
xuda
,
üçüncü
mərhələnin
banisidir
.
Allahın
ikinci
təzahürü
sözdə
,
səsdə
,
hərfdədir
.
Ən
kamil
hərf
,
söz
“
Quran
”
dır
(
Bax
:
Mirəhmədov
Ə
.
Ədəbiyyatşünaslıq
...
s
.230).
Hürufizmin
nəzəri
fəlsəfi
əsasında
Allahı
təbiətin
hüdudları
daxilində
,
onun
varlığında
dərk
edən
panteizm
dayanır
.
Bu
barədə
mükəmməl
şərq
mənbələrinə
istinad
edən
filosof
A
.
Şükürov
yazıb
: “
Bu
fəlsəfənin
nümayəndələri
ləfzi
–
Sözü
Allahla
birləşməkdə
insana
verilən
imkan
kimi
irəli
sürülür
.
İdrak
da
Sözün
idrakıdır
,
onların
dili
ilə
desək
,
Mərifət
sözün
mərifətidir
.
Söz
mövcud
olan
nəsnələr
üçün
təzahür
formasıdır
.
Elə
məhz
buna
görə
də
Söz
irəli
sürülür
və
heç
bir
mənanı
Sözsüz
təsəvvür
etmək
olmur
.
İslam
fəlsəfəsində
olan
Hürufilər
bir
dahi
sufi
M
.
Füzulidə
hüsn
həm
eşqin
,
həm
də
qəmin
səbəbidir
: “
Hüsnün
olduqca
füzun
,
eşq
əhli
artır
zar
olur
//
Hüsn
nə
mitdar
olursa
eşq
ol
mitdar
olur
”.
Füzulidə
hüsn
dünyanı
göstərən
aynadır
,
ən
kamil
hüsn
Tanrıya
məxsusdur
.
Nəsimi
isə
yazıb
:
Rövzeyi
-
rizvan
üzündür
,
vəssəlam
,
Surəti
-
rəhman
üzündür
,
vəssəlam
,
Ərşi
-
həq
,
ey
can
,
üzündür
,
vəssalam
,
Lövh
ilə
Quran
üzündür
,
vəssəlam
.
Hürufilər
İnsan
hüsnünü
(
sifəti
)
hansı
yöndən
oxuyurdularsa
orada
Allah
sözünü
kəşf
edirdilər
.
Onlara
görə
,
insan
sifətində
gözlər
,
burun
,
burunun
qanadları
,
dodaqlar
elə
yerləşib
ki
,
ərəbcə
onu
oxuyanda
Allah
kəlməsi
əmələ
gəlir
.
Həm
Nəsimi
demişkən
“
Haq
-
təala
insan
oğlu
özüdür
”.
Əlbəttə
,
hürufizm
və
Nəsimi
poeziyası
elə
bir
dəryadır
ki
,
hər
rəvac
oranı
üzüb
çıxa
bilməz
.
Yaxşısı
budur
,
konkret
olaraq
böyük
şairin
məşhur
bir
qəzəlinə
nəzər
salaq
:
Məndə
sığar
iki
cahan
mən
bu
cahana
sığmazam
,
Gövhəri
-
laməkan
mənəm
,
kövnü
-
məkana
sığmazam
.
İzah
:
Mən
həm
maddi
cahandan
–
ətdən
,
sümükdın
,
həm
də
mənəvi
cahandan
–
ruhdan
ibarətəm
və
bunların
hər
ikisi
“
mən
”
də
yerləşir
.
Amma
mən
bu
həm
maddi
,
həm
də
mənəvi
cahana
sığmazam
.
Laməkan
gövhər
–
Allah
deməkdir
.
Onun
məkanı
və
necəliyi
heç
kimə
bəlli
deyil
.
Heç
kim
,
hətta
peyğəmbərlər
də
nə
onun
yerini
bilir
,
nə
də
üzünü
görüb
.
Mənim
fikrimcə
,
Allah
sevən
qəlblərdə
gecələyir
. “
Kitabi
-
Dədə
Qorqud
”
eposunda
onun
haqqında
deyilir
: “
Ucalardan
ucasan
//
Kimsə
bilməz
necəsən
”.
Kövni
-
məkana
–
bu
aləmə
,
kainata
sığmazam
:
Ərqi
ilə
fərqi
kafü
-
nun
məndə
bulundu
cümlə
-
cün
Kəs
sözünü
əbsəm
ol
,
şərhi
-
bəyanə
sığmazam
.
İzah
:
Göy
və
yer
kaf
və
nun
hərfləri
kimi
məndə
birləşib
.
Bu
iki
hərfin
birləşməsindən
yaranan
kun
sözünün
mənası
“
Ol
!”
deməkdir
.
İnama
görə
Allah
“
Ol
!”
sözü
ilə
yer
üzünü
–
kainatı
yaradıb
.
Ona
görə
də
hürifilərin
ən
böyük
kəşfi
bu
idi
ki
,
onlar
Allah
,
Cahan
və
İnsan
üçlüyünə
SÖZ
-
ü
gətirdilər
və
SÖZ
-
ü
Allahdan
sonra
ikinci
yerə
qoydular
.
Füzulişünas
alim
yazır
: “
İlk
dəfə
SÖZ
-
ü
özlərinə
qədər
Şərqdə
dəbdə
olmuş
Allah
,
Cahan
,
İnsan
üçlüyündə
Allahdan
sonra
ikinci
yerə
gətirən
hürufilər
(
xüsusən
Nəsimi
!)
kimi
Füzuli
də
SÖZ
-
ü
peyğəmbərdən
və
ona
nazil
olmuş
“
Quran
”
dan
əvvələ
,
Allahdan
sonraya
gətirir
:
Məndə
sığar
iki
cahan
,
mən
bu
cahana
sığmazam
Gövhəri
–
laməkan
mənəm
,
kövnü
məkana
sığmazam
.
deyərək
Nəsimi
(
hürufilər
)
Cahanı
İnsanda
əridirlər
. “
Ənəlhəqq
”
deyən
hürufilər
İnsanı
Allaha
yaxınlaşdırır
.
Allahın
İnsanda
məcəlla
etdiyini
iqrar
edərək
Allahı
İnsanda
əridirlər
:
Qorxdular
həq
deməyə
,
döndülər
insan
dedilər
.
(
Nəsimi
)
Beləliklə
,
yerdə
iki
böyük
qüdrət
qalırdı
:
SÖZ
və
İNSAN
!
Füzuli
“
ərşdən
gələn
”
sözü
“
asimanın
sirrini
açan
açar
”
hesab
edir
;
yəni
göylərin
sirrini
göylərdən
–
ilahidən
gələn
SÖZ
aça
bilər
.
M
.
Füzuli
sözün
gözəlliyi
ilə
bərabər
onun
“
libasi
-
mərifətlə
”
süslənməsini
,
başqa
sözlə
,
sözün
ağıl
,
mərifət
,
irfan
,
əxlaq
və
elmlə
dolu
olmasını
önəmli
sayırdı
” (
Əliyeva
-
Kəngərli
G
.
Azərbaycan
füzulişünaslığı
.
Bakı
, 2007,
s
.39).
Kəs
sözünü
və
lal
(
dilsiz
)
ol
mən
heç
bir
şərhə
sığmazam
.
Beləliklə
:
Zərrə
mənəm
,
günəş
mənəm
,
çar
ilə
pəncü
-
şeş
mənəm
Surəti
gör
bəyan
ilə
,
çünki
bəyanə
sığmazam
.
Bu
isə
hürufizmin
əsasında
dayanan
bir
yekun
–
vəhdəti
-
vücud
fəlsəfəsidir
:
zərrədə
kainatı
,
damlada
dəryanı
görmək
və
dərk
etmək
!
İ
.
Nəsimi
öz
yaradıcılığı
ilə
ana
dilli
şeirimizi
elə
bir
məqama
yetirdi
ki
,
ondan
sonra
həm
Türküstanda
dahi
Nəvai
,
həm
İraqda
dahi
Füzuli
mərhələləri
yarandı
;
obrazlı
desək
,
Nəsimi
Nəvaini
,
Nəvai
Füzulini
yaratdı
.
Onların
isə
Ə
.
Yəsəvi
,
Nizami
,
Əbu
Nüvas
,
Y
.
Əmrə
,
Hafiz
Şirazi
,
Rumi
kimi
ustadları
və
müasirləri
var
idi
.
Əslində
hürufizm
Şərqdə
başdan
ayağa
bir
rəngi
-
cidal
idi
...
Sufi
ədəbiyyat
həm
də
müəmmalara
bürünmüş
müdrik
mənalar
xəzinəsidir
. “
Müəmma
”
əslən
ərəbcədir
.
Örtmək
,
gizlətmək
mənasında
olan
təmiyə
sözündən
düzəldilmiş
sifətdir
...
müəmma
yazmaq
və
onu
aça
bilmək
xüsusi
hazırlıq
və
bilik
tələb
edirdi
.
Çətin
müəmma
yaza
bilmək
üçün
bir
neçə
dil
bilmək
,
əbcəd
hesabının
müxtəlif
elmlərdəki
rəmzi
mənasını
(
ədədi
,
nücum
,
zaman
və
s
.)
yaxşı
mənimsəməklə
bərabər
məharətli
tapmaca
qurmağı
bacarmaq
,
tisfəhmlik
tələb
olunurdu
.
Müəmma
ədəbi
bir
əyləncə
olsa
belə
şairin
orta
əsr
alimləri
ilə
münasibətinin
,
onun
hazırlıq
dərəcəsini
və
zehni
inkişaf
səviyyəsini
bildirən
bir
şəkil
olaraq
XIX
əsrə
qədərki
ədəbiyyatımızda
müəyyən
yer
tutmuşdur
(
Araslı
H
.
Füzulinin
müəmmaları
haqqında
.
Azərb
.
SSR
EA
Ədəbiyyat
məcmuəsi
.
I
cild
, 1946,
s
. 27).
Ədəbiyyatımızda
öz
sufi
-
hürufi
görüşlərini
vermək
üçün
Nəsimi
,
Füzuli
kimi
dahilər
müəmma
işlətmişlər
.
Bizi Facebookda izləyin
Müəllifin digər yazıları
Bədr olmamış hilal... - Mikayıl Müşfiqin sonetlərinə bir baxış
21.11.24
Hüseyn Cavidin ədəbi-nəzəri görüşlərinə bir baxış
04.07.24
Mürşid ilə mürid - Gülşən Əliyeva-Kəngərli Nəsimidən yazır
Bir sədaqətli mürid öz mürşidini görmək üçün onun xanimanına gəlir, qapını döyür. İçəridən mürşidi soruşur: Kimdir? Müridi adını söyləyir. Mürşid qapını açmır, mürid bir də döyür.
30.09.19
Nəsimi poeziyasında "hüsnü-cəmal"
Hüsn cahanın aynası, eşq isə ona məzmun verən, onu cilalayıb gözəlləşdirən vasitədir.
02.06.19
Nəsimi və Füzuli: poetik sistemdə ədəbi paralelizm
Dünya ədəbiyyatının özəl bir qanunauyğunluğu var: onun yaradıcısı olan sənətkarların əsərlərində bir-birinə oxşar motiv, söz, ifadə və bənzətmələr mövcuddur. Bu hala klassiklərin əsərlərində
26.05.19
Nəsimi poeziyasında Can, Cahan, Canan - Gülşən Əliyeva-Kəngərli yazır
Yaxın Şərqin və türk dünyasının qüdrətli filosof şairi İmadəddin Nəsiminin yaradıcılığını ifadə edən bir beyt seçməli olsaydım, onda məmnuniyyətlə məhz bu beyti seçərdim. Çünki bu beytdə Şərqin
07.04.19
Mirzə Cəlil cəsarəti: anlamaq və anlatmaq yolunda
Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan tarixi sərəncamlara əsasən keçirilən hər bir yubiley ölkəmizin mənəvi həyatını zənginləşdirən təntənəli söz-sənət bayramına çevrilir.
24.02.19
Milli intibah mücahidi - Əhməd bəy Ağaoğlu
XX əsrin əvvəlləri Azərbaycan tarixinə bir neçə mühüm əlamətlə daxil oldu: bu əsrdə üç ictimai inqilab, iki dünya müharibəsi baş verdi; Şərqdə ilk demokratik respublika - AXC yarandı, neftin sayəsində
09.02.19
Yarımçıq qalmış portretin taleyi
İnsan öz taleyi ilə birlikdə doğulur. İstedad da tale kimi Tanrı vergisidir. Hər ömür yaşayanın taleyi olmur.
30.01.18
Türkçülük və romantizmin vəhdəti
Böyük şəxsiyyətlər fiziki həyatlarını başa vurduqdan sonra əbədiyyət ömrü yaşayırlar. Hər yeni doğulan nəsil klassikin yaradıcılığında öz fikri-mənəvi suallarına cavab tapır, klassiklər hər
25.12.17
"Ay işığı düşdü göydən..."
Ədəbiyyatın bədii-fəlsəfi gücü onun "balaca boy" janrında - lirik poeziyadadır.
15.12.16
“Molla Nəsrəddin” - milli kimliyimizin yaddaş kitabı
Azərbaycan mollanəsrəddinşünaslığı XX əsr Azərbaycan ədəbiyyatşünaslığının mühüm istiqamətlərindən birini təşkil edir.
11.04.16
İlahi, al məni şeirin əlindən!
29.06.15
Şeirimizin sübhçağı
08.06.15
Füzuli sehrindən Sufi təliminə
18.05.15
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
Kriminal
Mədəniyyət
İdman
Şou-biznes
Ədəbiyyat
Çap versiyası
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.