https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

“Fənərbaxça” yenidən Çempionlar Liqasında

“Fənərbaxça” yenidən Çempionlar Liqasında

UEFA-nın iki il müddətinə avrokuboklardan uzaqlaşdırdığı Türkiyənin "Fənərbaxça" klubu yeni mövsümdə Çempionlar Liqasında iştirak edəcək.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə klubun prezidenti Əziz Yıldırım bildirib. Əziz Yıldırım İstanbul klubunun iyulun 19-u keçiriləcək ÇL-in püşkatma mərasimində iştirak edəcəyini söyləyib.

“Bu gün çox önəmli hadisələr oldu. Danışılmış oyunlarda adımızın hallanmasına hər birimiz təəssüfləndik. Layiq olmadığımız cəza aldıq. Lakinn qərarın ləğvinə nail ola bildik” – deyə o qeyd edib.

Ə.Yıldırım bu çətin dönəmdə "Fənərbaxça"nı dəstəkləyən hər kəsə təşəkkür edib: “Klub azarkeşləri bunu bilsin ki, komanda  yeni mövsümün Çl-ində iştirak edəcək".

Qeyd edək ki, hələlik UEFA “Fənərbaxça” barəsində çıxardığı qərarı ləğv etməklə bağlı açıqlama verməyib.

Amma Türkiyə mətbuatı yazıb ki, Arbitraj Məhkəməsi “Fənər”lə bağlı qərarın icrasını dayandırıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.