https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Yerli "Dostoyevski"lərimiz
https://525.az/img/pics/medium/2024-04/311080_ol9pr75s8v.jpg “525-ci qəzet”in 24 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/302979_eyl9q05g7v.jpg Kəlbəcərə Zəfər qarı yağdı...
https://525.az/img/pics/medium/2024-04/311032_cdfea1wv7s.jpg Yerdə ulduz olmaq nəyimə lazım
search
23 Aprel 2024

"Xəzər Lənkəran" və "İnter"in oyununda problemlər var"

"Xəzər Lənkəran" və "İnter"in oyununda problemlər var"

“Dünənki oyunda “Qarabağ”a mütləq qələbə lazım idi. Bunu da bacardı. Ancaq əfsuslar olsun ki, qapısından qol buraxdı. Yaxşı ki, komanda özündə güc tapdı və xarakter göstərərək iki qol vurub, qalib gəldi”.

Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Avroliqanın II təsnifat mərhələsində mübarizə aparan klublarımız haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, “Qarabağ” öz meydanında qapısından qol buraxsa da, yenə də  mərhələ adlamaq üçün yaxşı şansı var: “İstənilən halda 2:1 hesablı qələbə “Qarabağ”ın üstünlüyü deməkdir. Həm də “Piast” öz meydanında açıq futbol oynaya bilər. Çünki hesabda geridir. Belə olsa, “Qarabağ” üçün bir qol vurmaq şansı artacaq ki, bu da rəqibi pis vəziyyətdə qoya bilər. Ancaq inanmıram ki, Polşa klubu ehtiyatı əldən versin və ilk dəiqqələrdən kor-koranə hücuma atılsın. Polşa klubları həmişə güclü olub. Dünənki oyunda da biz bunun şahidi olduq”.

Milli komandamızın sabiq baş məşqçisi “İnter” və “Xəzər Lənkəran”ın çıxışı haqda da danışıb. Onun sözlərinə görə hər iki klubumuzun rəqibi çox güclüdür və komandalarımız üçün mərhələni keçmək çətin olacaq: “Ancaq Avropada uğur qazanmaq istəyən komanda bu rəqibləri keçib irəli getməlidir. Onsuz da Avropada asan keçiləsi komanda yoxdur. “İnter”in səfərdə 0:2 hesabı ilə uduzmağı onun işini çox ağırlaşdırdı. Çünki “İnter” Bakıda çətin ki, rəqibə üç qol vursun. Həm də bu komandanın  oyunçu problem var. Ona görə də “İnter” üçün cavab matçı çətin olacaq. “Xəzər Lənkəran”ın oyununda da elə bir irəliləyiş görmədim. I təsnifat mərhələsində Malta klubuna qarşı necə çıxış etmişdisə, “Makkabi” (Hayfa) ilə də elə oynadı. “Xəzər Lənkəran”ın oyununda problemlər var. Oyunçular bir-birini yaxşı anlamır. Bundan başqa yaranmış vəziyyətlərdən istifadə edə bilmirlər. Hesab 1:0 olanda Nildo yaxşı qol imkanından istifadə edə bilmədi. Ləng tərpəndiyi üçün müdafiəçi topu çıxardı. Daha sonra “Makkabi” ikinci qolu vurdu və “Xəzər Lənkəran”ın ümidini azaltdı. Azərbaycan çempionatından fərqli olaraq, Avropa oyunlarında yeganə şansdan da istifadə etməlisən. Yenə də komandalarımız ümidlərini itirməməlidir. Əgər başlarından yuxarı tullanmağı bacarsalar,  mərhələni keçərlər”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.