Son günlər paytaxtın ümumi görünüşünə xələl gətirən problemlərin aradan qaldırılması ilə bağlı Bakı şəhərinin və rayonlarının əlaqədar qurumları geniş fəaliyyətə başlayıb.
Bu işdə onlara polis əməkdaşları da yaxından yardım edir. Həmin tədbirlərdən biri də paytaxtın Suraxanı rayonunda keçirilib.
Polis əməkdaşları yaşayış binalarının küçə və meydanlara baxan eyvanlarında vətəndaşlar tərəfindən quraşdırılan və şəhərin estetik görünüşünü pozan paltar iplərinin ləğv edilməsi istiqamətində konkret profilaktik tədbirlər görüb.
Polis əməkdaşları aidiyyatı qurumun nümayəndələri ilə birlikdə bu istiqamətdə işlərini davam etdirirlər.