Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində bir sıra yüksək səviyyəli toplantılara ev sahibliyi edəcək.
Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
Məlumata görə, oktyabrın 25-də QDİƏT nəqliyyat nazirlərinin görüşü, 4 dekabrda informasiya texnologiyaları və kommunikasiya nazirlərinin görüşü və dekabrın ortalarında isə Xarici İşlər Nazirləri Şurasının Bakıda toplantısının keçirilməsi nəzərdə tutulub.