https://525.az/img/pics/medium/2024-05/312341_je4lkeiuoy.jpg İnfluencer Səma Abıyeva: "İnfluencer fəaliyyətinin genişlənməsi üçün dövlətin dəstəyinə ehtiyac var"
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-05/312223_7y2a747xt8.jpg Xüsusi təyinatlıların əfsanəsi
https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
search
3 May 2024
2 May 2024

Arda Turan həbs oluna bilər

Arda Turan həbs oluna bilər

"Başakşəhər"in yarımmüdafiəçisi Arda Turan həbs oluna bilər.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Ardanın əvvəlcə gecə klubunda vurduğu, ardınca isə xəstəxanaya gedərək, silahla təhdid etdiyi müğənni Berkay Şahinin vəkili məhkəməyə ünvanladığı şikayətdə futbolçunun həbs olunmasını istəyib. Müğənni özü də mətbuata son açıqlamasında Ardaya lazımi cəzanın veriləcəyini inandığını bildirib.

Qeyd edək ki, iddiaya görə, Arda gecə klubunda Berkayın həyat yoldaşına sataşıb. Bundan sonra tərəflər arasında mübahisə düşüb və futbolçu kəllə ilə müğənninin burnunu qırıb. Ürəyi soyumayan Türkiyə millisinin üzvü xəstəxanaya gedərək, Berkayı silahla təhdid edib. Hətta onun atəş açdığı da bildirilir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.