|
|
|
|
Göz həkimləri Şahin Novruzlu və Rəhimə Poluxova göz xəstəliyi ilə bağlı valideynləri diqqətli olmağa çağırırlar.
Müracitədə bildirilib ki, göz tənbəlliyinin ortaya çıxmasında həkimlər qədər valideynlərin də rolu böyükdür: “Stastik olaraq hər 100 uşaqdan üçündə göz tənbəlliyinə rastlanır. Göz tənbəlliyi nə qədər erkən aşkarlanarsa, müalicəsi də bir o qədər uğurlu olar. Çünki müxtəlif elmi araşdırmalarda tənbəlliyin qalıcı müalicəsinin 10-12 yaşa qədər mümkün olduğu və müalicəyə nə qədər erkən yaşlarda başlanarsa, nəticənin də o qədər effektli olduğu göstərilib. Uşaqların gözlərində asanlıqla müşahidə edilə bilən patologiya olmasa belə oftalmoloq müayinəsindən keçməlidirlər”.
Həkimlər bildiriblər ki, ilk göz müayinəsi 6 ay-1 yaş arası aparılmalıdır: “Əgər gözlərdə hər hansı bir qüsur aşkarlanmazsa, 3-5 yaş arası və 7 yaşda təkrar göz müayinəsinin həyata keçirilməsi zəruridir. Ambliopiya görüntünün gözdən beyinə tam şəffaf ötürülməməsi nəticəsində yaranır. Hər iki gözdən gələn görüntü beyində görmə mərkəzində birləşir. Hər hansı bir səbəblə bir gözdən beyinə gedən görüntü daha zəif olarsa, həmin göz tənbəl qalır, digər gözün isə görmə mərkəzi normal inkişaf edir. Tənbəllik daha çox tək tərəfli olur, bəzi xəstəliklərdə isə hər iki göz tənbəl qala bilir. Vaxtında eynək ehtiyacı təmin olunmayan tənbəl gözlər anatomik olaraq tam normal olur. Bu səbəbdən valideynlər uşağın gözündəki hər hansı bir problemi aşkar edə bilmirlər. Nəticədə heç bir problem olmadığını düşündüyünüz gözlər tənbəl qala bilir”.
Qeyd olunub ki, tənbəlliyin günümüzdə düzgün eynəklə, qapama və pleoptik müalicə ilə aradan qaldırılması mümkündür.
CEYHUN