Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə Xalq artisti, professor Azər Zeynalov "Gəncəyə gəlirəm" adlı solo konsertlə çıxış edib.
525.az-a filarmoniyadan verilən xəbərə görə, sənətçi Emin Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", Tofiq Quliyevin "Bəxtəvər oldum", "Azərbaycan", Rauf Hacıyevin "Leyla", Siyavuş Kəriminin "Ömrümün istəyi", "Sənsizləmişəm", Sevil Əliyevanın "Əziz anam" və s. sevilən mahnıları ilə pərəstişkarlarının qarşısına çıxıb.
Gecədə dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.