Dövlət Gömrük Komitəsinin Akademiyasının 2017-2018-ci tədris ili üzrə təhsilini başa vurmuş üç xanım məzunu Komitədə işlə təmin olunub.
Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, 2017-2018-ci tədris ilində bu ali təhsil müəssisəsindən 37 tələbə, o cümlədən, 4 nəfər xanım məzun olub.
Məzunlardan 13 nəfəri Azərbaycanın, 3 nəfəri Türkiyə və Macarıstanın universitetlərində təhsillərini davam etdirirlər, 9 nəfəri hərbi xidmətdədir. Üç nəfər xanım məzun isə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin əmri ilə müsabiqədənkənar işə qəbul ediliblər. Ümumilikdə isə Akademiyanın 8 məzunu hazırda Komitədə çalışır.
S.QARAYEVA